SƏNAYE

Vahid Ələkbərov: "Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər"
01 DEKABR
310

Vahid Ələkbərov: "Neftin qiyməti 65 dolları keçsə, OPEC+ dayandırıla bilər"

2017-12-01 15:40:00

Qlobal bazarda neft qiymətləri 65 dollar/barel həddinin üzərində dayanıqlı şəkildə sabitləşərsə, OPEC+ anlaşması dayandırıla bilər. Fins.az xəbər verir ki, bu açıqlama ilə Rusiyanın "LUKoil" şirkətinin prezidenti Vahid Ələkbərov çıxış edib.

"Neftin 65 dollar/barel səviyyəsi bütün bazar iştirakçılarını qane edir", - deyə V.Ələkbərov "Bloomberg" agentliyinə açıqlamasında bildirib. 

"LUKoil" şirkətinin prezidenti qeyd edib ki, əgər OPEC+ anlaşması dayandırılarsa, yəni hasilata məhdudiyyətlər aradan qaldırılarsa, o zaman onun rəhbərlik etdiyi şirkət qərardan 2 həftə sonra hasilatı artıra bilər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+10°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289