SƏNAYE

Yeni anbarların inşasına başlanılıb
30 NOYABR 2017
285

Yeni anbarların inşasına başlanılıb

2017-11-30 18:50:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azərikimya” İstehsalat Birliyi Etilen-Polieliten Zavodunun ərazisində yeni anbarların inşasına başlayıb. Fins.az “Report”-a istinadən xəbər verir ki, bu barədə zavodun direktoru Oqtay Niftəliyev bildirib.

Onun sözlərinə görə, anbarlar etilen və propilenin saxlanması üçün inşa olunur. Zavodun direktoru hər birinin tutumu 2 500 ton olan 4 anbarın inşa olunacağını qeyd edib. “Ümumilikdə anbarlar 5 min ton etilen, 5 min ton propilen olmaqla, 10 min ton həcmində məhsul saxlayacaq". 

"Bu anbarların inşasında əsas məqsəd “SOCAR Polymer”in hazırda inşa olunan zavodlarını xammalla təmin etməkdir”, - deyə müəssisə rəhbəri əlavə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0001
  • ₽ RUB
    0.0277