SƏNAYE

Parnik sahibləri xərclərini ayda 8 min manat azalda bilərlər – YENİLİK
30 NOYABR
224

Parnik sahibləri xərclərini ayda 8 min manat azalda bilərlər – YENİLİK

2017-11-30 12:09:00
Azərbaycanda istixana təsərrüfatlarında enerji xərclərini 8 min manata kimi azaltmaq mümkündür. Bunu Fins.az-a müsahibəsində istixana vəə heyvandarlıq təsərrüfatlarının qurulması ilə məşğul olan “Zovg Construct” şirkətinin rəhbəri Araz Mirzəyev deyib. O bildirib ki, istixanalarda ənənəvi sistemdən fərqli, yeni və az xərc tələb edən qızdırılma sistemləri qura bilirlər:” İstixanaların qızdırılma çeşidləri bizdə çoxdur. Həm qaz, həm mazut, həm də elektrik enerjisi ilə qızdırılma sistemi qura bilirik. İstixanalarda lazımı temperaturu təmin edən müasir texnologiyalardan istifadə edirik. Belə ki, bu sistemlər məhsula lazım olan istiliyi təmin etməklə bərabər eyni zamanda enerji və qaz sərfiyyatına 80% qənaət edir. Real bir misal üzərində danışaq. Məsələn, bir hektar istixananın qızdırılması üçün bir aylıq enerji xərcləri 8-10 min manat təşkil edir. Amma “Zovg Construct” təklif etdiyi isitmə sistemlərində isə sahibkar bunun üçün xərclərini 80% azalda bilir. Başqa sözlə, hər ay sahibkar 6400-8000 manat enerji xərclərinə qənaət etmiş olur”.

Eləcə də bax: “Azərbaycanda banan istixanalarını necə yaratmaq olar?” – MÜSAHİBƏ

A.Mirzəyev əlavə edib ki, müasir istixanalar eyni zamanda işçi xərclərini də kifayət qədər azaldır: “Digər tərəfdən təklif etdiyimiz istixanalar tam müasir olduğu üçün əlavə işçiyə artıq lüzum qalmır. Bu istixanaları hətta aqronom Türkiyədən də idarə edə bilər. Burada iqlimin avtomotik idarə edilməsi sistemi var. Məsələn, temperatur düşən kimi, pəncərələr dərhal bağlanır, istidə açılır, havalandırma düzgün işləyir. Temperatur düşən kimi, qaz sistemi daha güclü rejimdə çalışır”.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+7°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288