SƏNAYE

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi ilə bağlı 3 iclas keçirilib
30 NOYABR 2017
212

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsi ilə bağlı 3 iclas keçirilib

2017-11-30 11:00:00

 Energetika Nazirliyinin əlaqələndiricisi olduğu Azərbaycanda kommunal xidmətlərin (elektrik və istilik enerjisi, su və qaz) inkişafına dair Strateji Yol Xəritəsi üzrə nəzərdə tutulmuş tədbirlərin icrasının sürətləndirilməsi üçün koordinasiya prosesinin təşkili ilə bağlı energetika nazirinin əmri ilə yaradılmış işçi qrupunun bu günlərdə üç iclası keçirilib. 

İşçi qrupunun tərkibi Energetika, İqtisadiyyat, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, “Azərenerji”, “Azərişıq”, “Azəristiliktəchizat”, “Azərsu” ASC-lər, Azərbaycan Dövlət Neft Şirkəti, Əmlak Məsələləri Dövlət Komitəsi, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (Asan Xidmət) və Tarif (qiymət) Şurasının Katibliyinin nümayəndələrindən formalaşdırılıb.

İclaslarda adıçəkilən yol xəritəsində nəzərdə tutulmuş tədbirlərin vaxtında icrası və qarşıda duran vəzifələrlə bağlı müzakirələr aparılıb. Bildirilib ki, kommunal xidmətlərin inkişafına dair strateji yol xəritəsinin bir illik hesabatının hazırlanması əlaqələndirici qurum kimi Energetika Nazirliyinə həvalə olunub. Bu məqsədlə “Azərenerji”, “ Azərişıq” və “Azərsu” ASC-lərə müvafiq göstərişlər verilib. Bu qurumların əsas və digər icraçı qismində iştirak etdikləri bütün tədbirlər üzrə görülmüş işlərə dair yekun məlumatları cari ilin dekabrın 1-dək Energetika Nazirliyinə təqdim etmələri razılaşdırılıb.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9904
  • ₽ RUB
    0.0277