SƏNAYE

Yüksək məhsuldarlıq üçün açar vasitə – SUVARMA
29 NOYABR 2017
721

Yüksək məhsuldarlıq üçün açar vasitə – SUVARMA

2017-11-29 14:49:00

Yaxşı məhsuldarlığı hər kəs arzu edir, lakin bunun üçün edilməli olan vacib məsələlər var ki, bugün fermerlərimiz bu baxımdan məlumatsızdırlar. Torpaq münbit, toxum keyfiyyətli olsa da bir gün suvarmanı gecikdirmək məhsuldarlığı 30%-ə qədər azalda bilər. Əgəəkində böyük müsbət dəyişiklik əldə etmək istəyirsinizsə düzgün, nizamlı suvarma sisteminə keçməyiniz məsləhətdir. Burda digər riayət olunası məsələ isə suvarma növün, veriləcək suyun vaxtın vəmiqdarın təyin etməlisiniz. Əks halda ya verdiyiniz gübrə yuyulacaq, ya bitkinin kökündə hava, su nisbəti pozulacaq, ya da ki, torpaqlarınız eroziyaya uğrayacaqdır. (NPC Agro sizə suvarma cədvəlinin qurulması xidmətin təklif edir. Zəng edin 051 311 00 55)

Yekcins suvarma sistemi mövcud deyil, onlar fərqli olur. Bəziləri sizin üçüçox effektli nəticə verəcəyi halda, bir digərindən də az xeyir götürə biləcəksiniz. Bu sistemlərin təsir mexanizmi əkilən məhsuldan, torpağın quruluşundan, ərazinin ölçü və formasından həmçinin hava şəraitindəçox asılıdır.

Fermerlər arasında əçox populyarlığa sahib suvarma sistemi çiləmə suvarma sistemidir. Çünki, həm qurulması və qulluğu asan, həm də bir çox bitkiyə vətorpağa uyğun gələüsul sayılır. (NPC Agro 2500 AZN-dən başlayan professional çiləmə suvarma sistemləri təklif edir və əəsası hektar limiti mövcud deyil)

Hər bir çiləmə suvarma sistemi aşağıdakı detallardan ibarətdir:

  • Nasos hissəsi – suyu mənbədən çəkib tələb olunan təzyiq tətbiq etməklə boruya ötürür

  • Nəzarətçi baş hissə - Sistemdə su tələbatını və təziyiqi nizamlayır

  • Əsas və köməkçi xətlər – suyun ötürülməsini təmin edən daimi və ya müvəqqəti borular

  • Yan hissələr – suyu əsas və köməkçi xəttlərdən alıb səpici hissəyə ötürən borular

  • Su çiləyicilər – suyu əraziyə səpən hissə

  • Aksesuarlar – təzyiq requlyatoru, bağlayıcılar və s.

Çiləmə suvarma sisteminin əsas məqsədi əkin ərazisinə suyu bərabər miqdarda paylamaqdır. Bu səbəbdən, əgər fermer müsbət nəticə əldə etmək istəyirsəbəzi faktorlara diqqət yetirməlidir. Bunlardan ilki islatma mərkəzidir, yəni sistem qurularkəçiləyicilər islatma mərkəzləri bir-birinə üst-üstə düşəcək formada qurulmalıdır ki, 65% su çilənəcək bölgələüst-üstə düşə bilsin. Bu da paralel olaraq çiləyicilər arasındakı maksimum məsafəni təyin edir. Digər vacib məsələisə əraziyə veriləcək suyun təxmini tətbiq miqdarıdır. Bu da, torpaq quruluşu, məhsulun növü və onun suya tələbatından asılı olaraq dəyişir. Çiləyicilərin damcı ölçüsü də bu işdə mühim rol oynayır. Belə ki,onun ölçüsü 0,5-4 mm arasında dəyişir. Bu proses verilən təzyiqdən asılıdır. Yüksək təzyiq xırda damlalara, aşağı təzyiq isə iri damlalara səbəb olur. Bu çiləyicilərin torpaqda hansı hündürlükdə salınması isə əkilən bitkinin növündən və suya tələbatından asılıdır.

Çiləmə suvarma sisteminin növləri

Daşına bilən sistem – bu növ suvarma sistemi hərəkətsiz olub, birdəçox əkin ərazisi olan fermerləüçün daha əlverişlidir. Məhsul ölçüsünə uyğun olaraqçiləyicilərin ağırlığı asanlıqla tənzimlənə bilər. Nisbətən daha ucuz başa gəlir.

Yan çarxlı sistem – Adından da göründüyü kimi bu sistemə çarxlar qoşulur və ərazidə hərəkət edərək suvarmanı təmin edir.

Maili hərəkətli sistem - mərkəzi pivot suvarma sisteminə aiddir. Tək xətli yan borulardan ibarətdir. Bu borular hərəkətə gətirilə bilir.

Özü yeriyən suvarma sistemi – çəkici üzərində qurulmuş yüksək təzyiqli çiləyicilərə malik sistem. Daşına bilən kürsüyə bərkidilərək başqa sahəyə aparıla bilər.

Hərəkətsiz (sabit) suvarma sistemi – kiçik bağçalar və çəmənləri suvarmaq üçün istifafə olunur.

Çiləmə suvarma sistemi qlobal qida problemlərinin həlli kimi böyük rol oynayır

Bütün fermerlər dərk edirlər ki, keyfiyyətli məhsul və uğurlu nəticə əldə etməüçün düzgün suvarma sistemi yaradılmalıdır. Xüsusilə bu gün quraqlıq, donma, dolu və yüksək temperatur kimi ciddi iqlim dəyişiklikləri qida hasilinə təhlükəli təsirini göstərməktədir.

Bu səbəbdən fermerlər damlama suvarma sistemi kimi effektli olmasa da, bir çox ərazi və bitki növünə uyğun olan çiləmə sisteminə müraciət edirlər. Əlavəolaraq bu sistem yağışı xatırladan xüsusiyyətinə görə bitkiləri donmadan qoruyan bir nömrəli suvarma sistemi hesab olunur.

Suvarmadan əlavə bu sisemlər həm də dərmanlama və gübrələmə üçün də istifadə oluna bilir. Beləliklə, bir fermer öərazisində çiləmə suvarma sistemi qoşmaqla aşağıda qeyd olunanlara nail olur:

  • Su, gübrə və pestisidlərin istifadəsini azaldır

  • Torpağı erroziyadan qoruyur

  • Torpaq verimliliyinə nəzarət edir

  • Ümumi xərcləri azaldır

  • Məhsul keyfiyyətini və kəmiyyətini artırır

Qeyd etmək lazımdır ki, çiləmə suvarma sistemləri mürrəkkəb olduğu qədər müəyyən limitlərə malikdir. Bunlardan ən vacibi küləyə qarşı həssaslıq vəbaşlanğıüçün yüksək miqdarda xərc hesab oluna bilər. Bu kimi digər limitlərə baxmayaraq günü-gündən inkişaf etdiriləçiləmə sistemləri sulama planı, su israfının tənzimlənməsi, yağış sensoru (yağışdan öncə və sonra suvarmanı dayandırır) və s. kimi əlavələrlə zənginləşdirilmişdir.

Müəllif: Surxay Novruzov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9349
  • ₽ RUB
    0.0253