SƏNAYE

Ölkə üzrə pambıq tədarükü 195 min tona yaxınlaşıb
29 NOYABR 2017
408

Ölkə üzrə pambıq tədarükü 195 min tona yaxınlaşıb

2017-11-29 12:02:00

Noyabrın 29-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 193 min 50 ton məhsul təhvil verilib. Bu isə, ötən ilin ümumi göstəricisindən 104,450 ton çoxdur.

Dövlət Statistika Komitəsindən  bildiriblər ki, ötən gün 899,68 ton pambıq tədarük edilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar noyabrın 29-dək 25 min 147 ton pambıq təhvil veriblər. Biləsuvarda 23632 ton, Bərdədə 20668 ton, Ağcabədidə 19118 ton və Sabirabadda 17081 ton pambıq tədarük olunub.

Fins.az pambıq tədarükünə dair noyabrın 29-na olan operativ məlumatı təqdim edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9602
  • ₽ RUB
    0.0254