SƏNAYE

OPEC+ ölkələri iclasında neft bazarına təsir edən əsas amillər müzakirə olunub
27 NOYABR 2017
400

OPEC+ ölkələri iclasında neft bazarına təsir edən əsas amillər müzakirə olunub

2017-11-27 18:26:00

Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri noyabrın 27-də Avstriyanın paytaxtı Vyanada görüşüblər. Fins.az- AZƏRTAC-a istinadən xəbər verir ki, OPEC+ ölkələri üzrə Texniki Komitənin iclasında neft bazarına təsir edən əsas amillər, OPEC və qeyri-OPEC ölkələrlə əldə edilən neft hasilatının azaldılmasına dair saziş üzrə öhdəliklər, istehsal kvotanın artırılması, eləcə də Vyana sazişinə əməletmə səviyyəsi əsas müzakirə mövzusu olub.

Xatırladaq ki, bu ilin may ayında OPEC və qeyri-OPEC ölkələri üzrə Texniki Komitənin ilk iclası keçirilib və toplantıda neft bazarı üzrə problemlər, onların aradan qaldırılması yolları müzakirə edilmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9340
  • ₽ RUB
    0.0258