SƏNAYE

Azərbaycandan pomidor və kartof ixracı 50% artıb
27 NOYABR 2017
330

Azərbaycandan pomidor və kartof ixracı 50% artıb

2017-11-27 16:54:00

2017-ci ilin 10 ayı ərzində 30-dan artıq ölkəyə ümumi çəkisi 408 186,9 ton olmaqla 375 321,6 min dollar dəyərində meyvə-tərəvəz məhsulları ixrac olunub.

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Kənd Təsərrüfatı Nazirliyindənverilən məlumata görə, bu barədə fitosanitariya sahəsində beynəlxalq standartlarin təmin edilməsinə həsr olunmuş tədbirdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev qeyd edib.

O bildirib ki, bu ötən ilin müvafiq dövrünə nisbətən çəki ifadəsində 44 181,2 ton və ya 54,6 %, dəyər ifadəsində isə 104 479 min dollar və ya 38,6 % çoxdur.

Pomidor və kartof ixracı 50 % dən artıq, soğan və sarımsaq ixracı isə 24,2 dəfə artıb. Eyni zamanda tütün xammalının ixracı 2,1 dəfə, pambıq məhsullarının ixracı isə 6,8 dəfə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267