SƏNAYE

2018-ci ilin I rübündə Azərbaycanda $46 mln. dəyərində iplik istehsalı fabrikini istismara verəcək – "Mingəçevir Tekstil"
22 NOYABR 2017
239

2018-ci ilin I rübündə Azərbaycanda $46 mln. dəyərində iplik istehsalı fabrikini istismara verəcək – "Mingəçevir Tekstil"

2017-11-22 11:52:00

"Mingəçevir Tekstil" MMC 2018-ci ilin I rübündə pambıq iplik istehsalı fabrikini istismara verməyi planlaşdırır. Bu barədə  İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Xəbər verildiyi kimi, fabrikin 2017-ci ilin sonlarında istismara verilməsi nəzərdə tutulur.

“Fabrikin 2018-ci ilin I rübündə istismara verilməsi planlaşdırılır. Layihəyə sərmayələr $46 mln. həcmində qiymətləndirilir”, - nazirlikdən qeyd ediblər.

Fabrikdə daimi əsasda 550 nəfər çalışacaq.

"Mingəçevir Tekstil" MMC bu ilin may ayında Mingəçevir Sənaye Parkının birinci rezidenti statusunu alıb.
İllik istehsal gücü 20 min ton olan fabrikin inşası üçün MMC-yə 14 ha torpaq sahəsi ayrılıb. Fabrikdə ipliklər Ring və Open End üsulları ilə istehsal olunacaq. Bu, Cənubi Qafqazda ən müasir tekstil fabriki olacaq.

Xəbər verildiyi kimi, Mingəçevir Sənaye Parkında istehsal edilən pambıq iplik ixracından ildə $25 mln. gəlir əldə edilə bilər. İstehsal edilən ipliyin 10 min tona qədərinin ixraca yönəldilməsi nəzərdə tutulur.

2016-cı ilin sentyabr ayında Mingəçevir Sənaye Parkının təməlqoyma mərasimi olub. Parkın yaradılmasına sərmayələr $150-200 mln. təşkil edəcək. Xüsusilə, 60 mln. tikinti işləri, avadanlıq və dəzgahların alışı və quraşdırılmasına $150 mln. sərmayə tələb edir.

Sənaye Parkının nəzdində 9 fabrik - pambıq iplik, akril iplik, yun iplik, corab məhsulları, ayaqqabı istehsalı, toxuma, parça boyama, tikiş və tibbi kosmetika fabrikləri inşa edilib istifadəyə veriləcək.

Sənaye Parkında layihələrə ilkin sərmayələr 100 mln. manatı ötəcək. Mingəçevir Sənaye Parkında ilkin mərhələdə 2 min yeni iş yeri yaradılacaq. Park tam gücü ilə fəaliyyətə başladıqdan sonra isə iş yerlərinin sayı ümumilikdə, 5,5 minə çatdırılacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276