SƏNAYE

Kənd təsərrüfatı texnikasını almaq, yoxsa icarəyə götürmək?
20 NOYABR 2017
464

Kənd təsərrüfatı texnikasını almaq, yoxsa icarəyə götürmək?

2017-11-20 16:03:00

Taxıl üstündə qalıb yığa bilmirəm, pambığı tam dərə bilmirlər, kombayn yaxşı toplamır, aqreqat toxumu düzgün səpmir”. Bu kimi problemləri yəqin təsərrüfatla məşğul olan çox insan eşidib. Ümumiyyətlə on illər əvvəl fermerlik çox bəsit iş kimi görülürdü. Dünyada aclıq anlayışı demək olar ki, yox idi və fermer təsərrüfatı dünya əhalisini doyurmağa kifayət edirdi. Artan əhali sayı bu prosesi tamamilə dəyişdi. Bu gün dünya əhalisinin 11%-ini yəni, təxminən 815 milyon insan aclıqdan əziyyət çəkir. Bununla yanaşı, iqlim dəyişikliyi təbii resurslardan səmərəli istifadəyə mənfi təsir edərək qida təminatına müdaxilə etmiş olur.

Bu qədər ciddi problemlər qarşısında fermerlər az resursla daha çox qida təmin etmək məcburiyyətində qalır. Məhz bu məqamda bəsit məhsul istehsalı mürəkkəb formalı biznesə çevrilmiş olur ki, buda öz növbəsində effektiv və davamlı kənd təsərrüfatı idarə etməsi tələb edir.

Daha məhsuldar və qazanclı təsərrüfatla məşğul olmaq və bu işi davamlı etmək üçün fermerlər məhsul istehsalında ən xırda detalları belə daha dərindən araşdırmalıdır. (Əkin planlaşdırılması üçün NPC Agro-a müraciət edə bilərsiniz) Buraya daha böyük idarəetmə qərarlarından biri olan “kənd təsərrüfatı texnikasını kirayəmi etmək, yoxsa almaq?” sualına cavab tapmaq da aiddir. Bugün ölkəmizdə bununla bağlı müxtəlif aqrar servis göstərən şirkətlər və dövlət tərəfindən hər ötən il artan texnika idxalı olsa da, sadə fermer üçün bir çox hallarda suvarmadan, məhsul yığımına qədər texnikanın tapılması problem olaraq qalır. Bu səbəbdən yetərli kənd təsərrüfatı avadanlıqları və maşınları hər bir fermanın işini asanlaşdıran vasitədir. Bu gün fermerlər muxtəlif növ texnika və avadanlıqlardan istifadə edirlər:

Torpaq hazırlığı üçün: mala, disk, kotan

Əkin: əkin maşınları

Bitki qoruması üçün: dərman səpmə qoşquları

Torpaq qidalandırıcı vasitələr: gübrə avadanlıqları

Məhsul davamlılığı: biçici maşını, kultivator, suvarma sistemi və s.

Məhsul və ərazi monitorinqi: məhsul xəritələndirməsi, sensorlar, dronlar, peyk vasitəsilə görüntüləmə

Yığım: yığım avadanlıqları və kombaynlar

Yığım sonrası: saman yığan maşınlar, paketləmə maşınları, transport, depolama üçün avadanlıqlar

Bu qədər avadanlıqların alışının çox baha başa gəlməsi və yüksək kapital tələbinin fermer biznessinə böyük təsir etməsi qaçınılmazdır. Bəzi hallarda bu texnikaları almaq yox, kirayələmək daha əlverişli və təhlükəsiz sayıla bilər. Lakin həm alış həm də kirayənin özünə görə müsbət və mənfi tərəfləri olduğunu unutmayaq:

Kənd təsərrüfatı avadanlıqlarının alışı

Kənd təsərrüfatı avadanlıqlarının kirayəsi

Davamlı olduğu halda daha ucuz başa gəlir

Baçlanğıc üçün daha az xərc tələb edir

İstənilən zaman avadanlığın mövcud olub olmadığından narahat olmadan istifadə etmək olar

Sığorta və ya qulluqla bağlı məsələlərdən azadsınız

Fermer ehtiyac olmadığı təqdirdə öz avadanlıqlarını kirayə verə bilər, bununla da əlavə gəlir əldə edə bilər

Hər dəfə fermer fərqli texnikadan yararlana bilər

Fermer istədiyi zaman texnikanı sataraq investisiyanı geri götürə bilər

Avadanlığı kirayə götürdüyün zaman ondan məsul alacaq operator da qiymətə daxil ola bilər

Təsəvvür edin, bir ildə iki dəfə torpaq şumlatdıran və 100 hektar ərazisi olan sahibkar 30 AZN-dən hər dəfə icarəyə 3000 AZN pul ödəyir. Lakin əslində traktora sahib bir sahibkar bir ildə kirayə üçün ödədiyi məbləğə öz şum aqreqatını satın ala bilər.

Hər fermer müxtəlif təsərrüfat fəaliyyəti ilə məşğul olur (istixana, bağçılıq, əkinçilik, heyvandarlıq və s.). Bu səbəbdən, ümumi texnika alışı və ya kirayəsilə bağlı bir məsləhət vermək çətindir. Ən azından həm kirayə, həm də alışın üstünlüklərini nəzərə almaqla daha düzgün qərar vermək olar.

Digər tərəfdən, elə fermerlər də varki onların avadanlığı artıq mövcuddur. Bu halda isə onlar həmin texnikanın verdiyi faydalar və qoyulan investisiyanı müqaisə edərək götürdükləri xeyrə əsasən qərar verə bilərlər.

Xarici dildə fəaliyyət göstərən internet resurslardan istifadə edərək və ya NPC Agro şirkətinə (www.npcagro.com, 051 311 00 55) müraciət edərək edərək fermerlər bu hesablamanı etmək imkanına malikdirlər. Məsələn, onlar alacaqları texnikanın məhsul istehsalına, mövsümünə və təsərrüfata uyğunluğunu belə resurlarla müqayisə edə bilərlər. (VƏ YA BUNUZ SİZİN ÜÇÜN BİZ EDƏ BİLƏRİK)

İstifadə olunacaq avadanlıqların istifadəsi və qiymətləri barədə aydın məlumata sahib olmaqla fermerlər avadanlığın kirayəsinə davammı etmək yoxsa onu almağınmı əlverişli olması qərarına gələ bilərlər.

Əgər sizin də bu barədə şübhələriniz varsa bizə müraciət edə bilərsiniz.

Müəllif: Surxay Novruzov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9906
  • ₽ RUB
    0.0276