SƏNAYE

Cənubi Qafqaz Boru Kəmərinin 9 ay üzrə ötürücülük gücü bəlli oldu
20 NOYABR 2017
192

Cənubi Qafqaz Boru Kəmərinin 9 ay üzrə ötürücülük gücü bəlli oldu

2017-11-20 14:38:00

Cari ilin yanvar-sentyabr aylarında Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) gündəlik orta ötürücülük gücü təqribən 20,1 milyon kubmetr qaz olub.

Fins.az "BP-Azerbaijan" şirkətinə istinadən xəbər verir ki, bu ilin ilk üç rübündə CQBK ilə bağlı fəaliyyətlərə təqribən 21 milyon dollar əməliyyat və 636 milyon dollar əsaslı xərclər sərf edilib.

2006-cı ilin sonlarında istismara verilən boru kəməri hazırda Azərbaycan, Gürcüstan və Türkiyəyə “Şahdəniz” qazını çatdırır. Kəmərin iki operatoru var – BP şirkəti CQBK obyektlərinin tikintisi və istismarı üzrə məsul texniki operatoru, SOCAR isə CQBK-nin biznes icrası üzrə məsul kommersiya operatorudur.

Cənubi Qafqaz Boru Kəməri şirkətinin sərmayədarları: BP (operator – 28,8 faiz), “AzCQBK” (10 faiz), “SNG Midstream” (6,7 faiz), “Petronas” (15,5 faiz), “LUKOIL” (10 faiz), “NICO” (10 faiz), və “TPAO” (19 faiz).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7001
  • € EUR
    2.1060
  • ₽ RUB
    0.0301