SƏNAYE

Şəki və Xaçmazda toxum emal edən fabriklər tikiləcək
14 NOYABR
88

Şəki və Xaçmazda toxum emal edən fabriklər tikiləcək

2017-11-14 09:42:00

Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Dövlət Toxum Fondunun keçirdiyi tenderin iki qalibi elan olunub.

Fins.az xəbər verir ki, Fondun malların (işlərin, xidmətlərin) satınalınması məqsədilə 2017-ci il avqustun 31-də keçirilmiş 2 lotdan ibarət təkliflər sorğusunda Lot-1. Şəki rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə qalib "Qərazən" MMC, Lot-2. Xaçmaz rayonunda toxum emal edən fabrik, anbar və yardımçı tikililərin satınalınması üzrə isə qalib "Bayramlı Construction" MMC olub

Qalib şirkətlərlə noyabrın 10-da müvafiq satınalma müqavilələri imzalanıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0287