SƏNAYE

Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 4 rezident işə başlayacaq
13 NOYABR
184

Bu il Sumqayıt Kimya Sənaye Parkında daha 4 rezident işə başlayacaq

2017-11-13 15:36:00

 Hazırda Sumqayıt Kimya Sənaye Parkında 12 rezident qeydiyyatdan keçib ki, onlardan biri artıq fəaliyyətə başlayıb.

Fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycanın iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib: "Bu ilin sonuna qədər daha 4 rezidentin fəaliyyətə başlaması gözlənilir”.

N.Səfərovun sözlərinə görə, adıçəkilən parka qoyulan investisiyaların ümumi həcmi 1,4 mlrd. ABŞ dollarına bərabər olacaq.

“Bütövlükdə, bu gün yaradılmış 5 sənaye parkında və 3 sənaye məhəlləsində ümumilikdə 35 rezident qeydiyyatdan keçib. Yaxın zamanlarda onlar fəaliyyətə başlayacaq”, - deyə nazir müavini qeyd edib.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287