SƏNAYE

Gələn il aqrar sektor üzrə 6,2% artım proqnozlaşdırılır
13 NOYABR
80

Gələn il aqrar sektor üzrə 6,2% artım proqnozlaşdırılır

2017-11-13 12:50:00

"2018-2021-ci illərdə Azərbaycanda qeyri-neft sənayesinin orta hesabla 7,3% artacağı proqnozlaşdırılır".

Fins.az xəbər verir ki, bunu bu gün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları, Gənclər və idman, Regional məsələlər və Mədəniyyət komitələrinin birgə iclasında büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsi zamanı iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova deyib.

Onun sözlərinə görə, gələn il aqrar sektor üzrə 6,2% artım proqnozlaşdırılır: "Növbəti 3 ildə isə aqrar sektor üzrə orta hesabla 6% artım gözlənilir".

APA
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287