SƏNAYE

Kişmiş zavodu bərpa edilir
10 NOYABR
221

Kişmiş zavodu bərpa edilir

2017-11-10 12:21:00

“Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin Tədbirlər Planının müvafiq bəndlərinin Üzümçülük və Şərabçılıq ET İnstitutunda icrası barədə hesabat açıqlanıb. 

İnstitutun direktoru t.e.d Tariyel Pənahov bildirib ki, qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılmasının dəstəklənməsi qarşıya qoyulmuş hədəflərdən biridir.

Qurudulmuş və dondurulmuş meyvə-tərəvəz məhsulları istehsalının artırılması üzrə inkişaf proqramları hazırlanacaq, müxtəlif dəstək mexanizmlərinin köməyi ilə bu sahələrin inkişafı stimullaşdırılacaqdır.

"Son 20 ildə dünyada üzümün təzə və qurudulmuş halda istehlakı 1,5 dəfə artmışdır. ABŞ-da üzüm istehsalının 92%-ni təmin edən Kaliforniya ştatında məhsulun 45%-ni tumsuz, qurutma üçün əlverişli kişmiş sortları təşkil edir. Türkiyə, İran, İspaniya, Yunanıstan, Özbəkistan kimi ölkələrdə kişmiş istehsalı inkişaf etmişdir. Dünyada istehsal olunan üzümün 5-6%-I qurutma üçün istifadə olunur.

Üzümçülük və Şərabçılıq ETİ-də yüksək keyfiyyətli ekoloji təmiz məhsul istehsalı üçün süfrə üzüm sortlarının seçilməsi üzümün təzə və qurudulmuş halda saxlanması texnologiyası təkmilləşdirilir.

Azərbaycanda üzümün qurudulmasının sənaye miqyasında təşkili üçün qiymətli yerli və introduksiya olunmuş üzüm sortlarının plantasiyalarının genişləndirilməsi, qurutma üçün yararlı sortların tədqiq edilməsi, optimal sort tərkibinin seçilməsi, müasir qurutma qurğuları ilə təminat, keyfiyyətli məhsul istehsalı üçün qurutma texnologiyasının təkmilləşdirilməsi məqsədəuyğundur.

Cəlilabad rayonunun Ocaqlı kəndində əvvəllər fəaliyyət göstərmiş kişmiş zavodunun bərpası istiqamətində tikinti quraşdırma işləri aparılır.

Hal hazırda üzümün istehlak müddətinin uzadılmasının effektiv üsullarından biri də sürətli dondurma texnologiyasıdır. Üzümün dondurulmasının təşkili üçün dondurucu kameralar əldə edilməli, müvafiq sortlar seçilməli, optimal dondurma, donun açılması və qablaşdırma texnologiyaları işlənib hazırlanmalıdır", - o deyib.

Tariyel Pənahov qeyd edib ki, bu sahənin inkişafı ilə əlaqadar bir sıra tədbirlərin həyata keçieilməsi vacibdir: 

-Quru və soyuducuda saxlanılan üzüm məhsullarının istehsalının artırılması sahəsində instisional tədbirlərin həyata keçirilməsi, normativ hüquqi bazanın yaradılması;

-bu məhsulların istehsal texnologiyasının təkmilləşdirilməsinin elmi təminatı məqsədilə institutun müvafiq cihaz və avadanlıqlarla təmin edilməsi; 

-respublikada və xarici ölkələrdə quru və təzə üzümün sərgilərinin təşkil edilməsi və onların nümayişi;

-süfrə, o cümlədən kişmiş üzüm sortlarından ibarət sənaye üzüm bağlarının salınmasının dəstəklənməsi;

-quru üzümün, o cümlədən təzə üzümün saxlanılması məqsədilə irihəcmli soyuducu kameraların və saxlanma anbarlarının tikintisinin dəstəklənməsi;

-elmi təminat və kadr potensialının gücləndirilməsi, bu sahədə mövcud olan istehsal texnologiyaları üzrə beynəlxalq təgrübənin mənimsənilməsi;

-quru üzüm və soyuducuda saxlanılan təzə üzüm istehsalı müəssisələrinin inkişafı məqsədilə güzəştli kreditlər verilməli və onlara müvəqqəti olaraq vergi güzəştləri tətbiq edilməlidir.

© Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287