SƏNAYE

"SOCAR Trading" Kanadadakı ofisini bağlayaraq ABŞ-a qayıdıb
10 NOYABR
112

"SOCAR Trading" Kanadadakı ofisini bağlayaraq ABŞ-a qayıdıb

2017-11-10 09:31:00

"SOCAR Trading" Kanadanın Kalqari şəhərində yerləşən ofisini bağlamaq barədə qərar qəbul edib.

Fins.az xəbər verir ki, növbəti 3-4 ay ərzində "SOCAR Trading" bütün kommersiya və yardımçı bölmələrini ABŞ-ın Texas ştatında yerləşən Hyuston şəhərinə köçürür.

"SOCAR Trading" Kanada bazarına 2015-ci ildə çıxıb. 2016-cı ilin sonunda isə SOCAR-ın törəməsi Hyustondakı ofisini bağlayıb.
Agentlik yazır ki, "SOCAR Trading"in Kalqaridə 15 nəfər əməkdaşı olub.

"SOCAR Trading" iddia edir ki, yerdəyişmə şirkətin biznesinə heç bir təsir göstərməyəcək.

2007-ci ildə təsis olunan "SOCAR Trading" şirkətinin baş ofisi İsveçrənin Cenevrə şəhərində yerləşir.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287