SƏNAYE

Kənd təsərrüfatının uğurlu inkişafında istehsal kooperasiyasının rolu
28 OKTYABR
24

Kənd təsərrüfatının uğurlu inkişafında istehsal kooperasiyasının rolu

2017-10-28 12:57:00

Kənd Təsərrüfatı Kooperasiyası haqqında Azərbaycan Respublikasının qanunun kənd təsərrüfatı kooperativlərinin yaradılması ilə bağlı tələblərinə uyğun olaraq sərhədyanı bölgələr (Ağdam- Ağcəbədi rayonlarının timsalında) qarşısında duran vəzifələr.

Azərbaycan Respublikasında “ Kənd təsərrüfatı kooperasiyası haqqında” qanunun qəbul edilməsi , kənd təsərrüfati istehsal kooperativlərinin inkişafı üçün geniş üfüqlər açmışdır. Lakin Respublikamızda kənd yerlərində əhalinin böyük əksəriyyətinin yeni kooperativlərin yaradılması, ümumiyyətlə kooperativlərin mahiyyəti, üstünlükləri,təşkili və idarə edilməsi və s. haqqında iqtisadi bilgiləri yetərincə deyildir. Vətəndaşlar kooperativ yaratmaq istəsələr də hələlik bu sahədə bilgiləri az olduğundan bu işi bacarmırlar.

Bu hal mərkəzdən uzaqda yerləşən , ağır iqtisadi və hərbi şərtlər altında yaşayan və çalışan sərhəd rayonları əhalisinə daha çox aiddir. Həmin bölgələrdə yaşayan fermerlər fərdi imkanlarını və torpaq paylarını səmərəli iqtisadi şərtlərlə birləşdirib kənd təsərrüfatı istehsalı kooperativləri yaratmaqla bölgədə məhsul istehsalını artırmaqla, onun maya dəyərini endirə bilər və son nəticədə daha çox mənfəət əldə edə bilərlər. Bu isə eyni zamanda həmin bölgələrdə yeni iş yerlərinin açılmasına imkan verər.

Qeyd edək ki, Kənd Təsərrüfatı İstehsal Kooperativləri tarixən dünyanın bütün inkişaf etmiş ölkələrində, iqtisadiyyatın davamlı inkişafında ,yeni təfəkkürlü fermerlərin və yeni tipli kəndli fermer təsərrüfatlarının formalaş masında müstəsna rol oynamış və bu gün də oynamaqdadılar.

Belə ki bu növ kooperativlər tanınmış iqtisadçıların qeyd etdiyi kimi yeni iqtisadi təfəkkürlü kənd əməkçisinin formalaşmasına pərakəndə fəaliyyətdən qurtulub daha çox ictimailəşən , fəallaşan insanların yaranmasına səbəb olur. Son nəticədə işsizlik və yoxsulluq gizli iqdisadiyyatın yaranması vəs. kimi ən böyük iqtisadi bəlanın aradan qalxmasına imkan yaranır.

Müasir qloballaşma prosesi kooperasiyanın daha innovativ növlərinin yaradılmasını tələb edir.

Kənd təsərrüfat məhsullarının istehsalçıdan son istehsalçıya qədər bütün aralıq proseslərin məhz kooperativlər tərəfindən həyata keçirilməsi özünü Türkiyə Respublikasında daha çox doğruldur.

Qeyd edək ki, Türkiyədə 25 növdən çox kooperativlər fəaliyyət göstərir. Bunların içərisində kənd təsərrüfatı ilə bağlı ən geniş yayılan və özünü doğruldan “ Aqrar inkişaf” , “ Aqrar- kredit” , “Aqrar satış” , “ İstehlak kooperasiyası” , “Təadarük kooperativləri” , “Tər – tərəvəz və meyvə” və s. göstərmək olar.

Türkiyədə bu kooperativlər əhali arasında çox ciddi təbliğat taşviqat işləri apararaq, bu sektorun üstünlüklərini təbliğ etməklə öz üzvlərinin sayını durmadan artırırlar. Kooperasiyanın inkişafına mane olan və ola biləcək problemlərin həll edilməsində fəal iştirak etmək üçün QHT xətti ilə tərəfimizdən “ Kooperasiyanın İnkişafına Dəstək” adlı İctimai Birlik yaradılmışdır.Bu qarşısına qoyduğu məqsədlərdən biri də mahz regionlarda yeni istehsal, istehlak və istehsal – istehlak ( qarışıq) kooperativləri yaratmaq və mövcud olan kooperativlərin normal fəaliyyət göstərməsi lazımı təbliğat – təşviqat işlərini təşkil etmək və istehsalçı ilə istehlakçı arasında vasitəçilik etməkdən və s. ibarət olmuşdur . Bu məqsədlə İctimai Birlik Azərbaycan Respublikası Prezudenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2017-ci il II yarısı üçün elan edilmiş qrant müsabiqəsində iştirak etmiş və bu lahiyənin bir başa benefisarları Ağdam və Ağcəbədi Rayonlarının fermerləri olmuşlar . Bu məqsədlə 20-21 oktyabr 2017 ci il tarixində Ağdam və Ağcəbədi rayonlarında çox təcrübəli fermerlərlə görüşlər keçirilmiş və onlara bu bölgələrdə kənd təsərrüfatı kooperativlərin yaradılması və mövcud olan kooperativlərin idarə edilməsi və s. ilə bağlı treyninq və dəyirmi masalar təşkil edilmişdir . Bu treyninq və dəyirmi masalarda iştirakçıların nəzər-diqqətinə Azərbaycan Respublikasının Kənd Təssərüfatı Kooperasiyası Qanunu haqqında verilən  izahat və təbliğat-təşviqat işləri ilə yanaşı, eyni zamanda "Azərbaycan Respublikasının Kənd Təssərüfatı Kooperasiyasının  inkişafına dair 2017-2022 - ci illər üçün Dövlət Proqramı" nın əsas müddəaları barədə ətraflı təbliğat-təşviqat xarakterli məlumatlar çatdırılmışdır.

Çıxış edən fermerlər yekdilliklə onlara dövlət tərəfindən göstərilən qayğıdan razı olduqlarını bildirmişlər. Eyni zamanda onlar , bu sahədə mövcud olan problemlərdən də danışmış və gələcəkdə onların daha çox qayğı göstərilməsinə (xususən güzəştli kreditlərin verilməsi sahəsində) ehtiyacları duyduqlarını xüsusi vurğulamışlar. Sonda iştirakçılara sorğu anketlər paylanılmış və onlar öz rəy və təkliflərini bildirmişlər.

Çıxış edən fermerlər Ağdam və Ağcəbədi rayonlarının iqtisadiyyatında istehsal sahələri və xidmətlərlə bağlı sahələrin inkişaf etdirilməsinin aşağıdakı təkliflərin vacibliyini xususi vurğulamışdırlar . Həmin təkliflər aşağıdakılardan ibarətdir:

  1. Heyvandarlıq məhsullarının, xüsusən ət, süd və sair, eləcə də dərinin tədarükü, emalı və satışının təşkili:
    Fermerlərin çıxışından aydın oldu ki, regionda ət və dərinin ilkin emal etdirilməsi üçün mütəxəssislər yox dərəcəsindədir. Ona görə də regionda ət kombinatı və dəri emalı zavodlarının tikilməsinə və bu sahə üzrə mütəxəssislərin hazırlanmasına böyük ehtiyac vardır. Yaxşı olardı ki, bu sahə üzrə rayonda yaşayan yaşlı nəsil kooperatorların təcrübəsindən istifadə edilsin;
  2. Bitçikilik sahəsində - nar, xurma (pırnıq) və sair meyvələrin tədarük olunması və satışının təşkil olunması üzrə komplekslər yaradılsın;
  3. Yemçilik üzrə - regionda qarğıdalı istehsalı daha sərfəli və səmərəli ola bilər. Buna görə də bu sahənin istehsalı, tədarükü və satışının təşkili sahəsində komplekslər yaradılsın;
  4. Regionda tərəvəz və bostan məhsullarının istehsalı, tədarükü , emalı və satışının təşkili;
  5. Barama istehsalı, tədarükü ,emalı və satışı təşkil edilsin;
  6. Atçılıq təsərrüfatlarının yaradılsın və daha da inkişaf etdirilsin.

Yeri gəlmişkən qeyd edək ki, Kooperasiyanın inkişafına dəstək ictimai birliyinə Ağdam və Ağcəbədi Rayon İcra Hakimiyyəti Kənd Təsərrüfatı İdarəsi və s. qurumlar tərəfindən tədbirlərin təşkil edilməsi üçün lazımı şərait yaradılmışdır.Biz “ictimai birlik” adından onlara dərin minntdarlığımızı bildiririk.

“Kooperasiyanın inkişafına dəstək” ictimai birliyinin
Sədri Həsən İsrafilov

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287