SƏNAYE

SOCAR ötən ay proqnozdan artıq quyu qazıb
03 NOYABR
104

SOCAR ötən ay proqnozdan artıq quyu qazıb

2017-11-03 12:00:00

 Bu ilin oktyabr ayında Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla 11 284 metr qazma işi həyata keçirib.

Fins.az SOCAR-a istinadən xəbər verir ki, bunun 10 343 metri istismara, 941 metri isə kəşfiyyata aid olub.

2017-ci ilin yanvar-oktyabr aylarında 114 909 metr qazma işi görülüb ki, bunun da 106 593 metri istismara, 8316 metri isə kəşfiyyata aid olub.

Ötən ay proqnozlaşdırılan 7 quyuya qarşı faktiki olaraq 10 quyu qazmadan alınaraq mədənçilərə təhvil verilib. Quyulardan 2-si “Neft Daşları”, 2-si “Qərbi Abşeron”, 2-si “Pirallahı”, qalanları isə “Bulla-dəniz”, “Qaradağ”, “Səadan” və “Darvin bankası” yataqlarında qazılıb.

İlin əvvəlindən 66 quyuda qazma işləri uğurla başa çatdırılaraq təhvil verilib. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+15°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287