SƏNAYE

Oktyabrın son günü qəbul məntəqələrinə 3365 ton pambıq təhvil verilib
02 NOYABR 2017
324

Oktyabrın son günü qəbul məntəqələrinə 3365 ton pambıq təhvil verilib

2017-11-02 09:48:00
Noyabrın 1-dək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 154 min 314 tondan çox məhsul təhvil verilib. Bu məhsulun 3365 tonu oktyabrın 31-də tədarük olunub.
Dövlət Statistika Komitəsindən bildiriblər ki, indiyədək respublika üzrə tədarük olunan məhsulun həcmi ötən ilin ümumi göstəricisindən 65 min 718 ton çoxdur. Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq yığılmışdı. Bu il ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektarda çiyid səpilib. Pambıq tədarükündə Saatlı (21832,90 ton), Biləsuvar (19319,49 ton), Bərdə (15015,84 ton), Ağcabədi (14545,02 ton), Sabirabad (14087,66 ton), Beyləqan (11925,72 ton) və İmişli (10158,55 ton) rayonları irəlidə gedirlər.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9326
  • ₽ RUB
    0.0255