SƏNAYE

Azərbaycan "AÇG" layihəsi üzrə indiyədək 246 mln. ton mənfəət nefti satıb
01 NOYABR
92

Azərbaycan "AÇG" layihəsi üzrə indiyədək 246 mln. ton mənfəət nefti satıb

2017-11-01 10:13:00

 Bu il oktyabrın 1-nə qədər dünya bazarında Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Azəri” və “Çıraq” yataqlarından, eləcə də “Günəşli” yatağının dərinsulu hissəsindən ("AÇG" layihəsi, "Əsrin Müqaviləsi") çıxarılan və Azərbaycanın payına düşən 246 mln. ton mənfəət nefti satılıb.

Fins.az Reort-a istinadən xəbər verir ki, bu barədə Bakıda keçirilən Xəzər Texniki Konfrans və Sərgisində (1-3 noyabr) Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) I vitse-prezidentinin müşaviri Ələkbər Abbasov bildirib.

Onun sözlərinə görə, işlənmənin əvvəlindən indiyə qədər "AÇG"dən 438 mln. ton neft və 138 mlrd. kubmetr təbii qaz hasil edilib.

Ə.Abbasov həmçinin əlavə edib ki, hesabat tarixinə dünya bazarına 459 mln. ton Azərbaycan nefti çıxarılıb və bunun 342 mln. tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə nəql olunub.

Xatırladaq ki, "AÇG" yataqlar blokunun birgə işlənməsi və hasil olunan neftin pay şəklində bölüşdürülməsi haqqında (PSA) saziş 1994-cü il sentyabrın 20-də imzalanıb.

Bu il sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqları və “Günəşli” yatağının dərinsulu hissəsinin (AÇG) birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş saziş imzalanıb. Saziş ötən gün Azərbaycan parlamenti tərəfindən ratifikasiya olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+17°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9959
  • ₽ RUB
    0.0287