SƏNAYE

Pambıq tədarükü barədə son məlumat açıqlandı
30 OKTYABR
249

Pambıq tədarükü barədə son məlumat açıqlandı

2017-10-30 16:49:00

Oktyabrın 30-dək pambıq qəbulu məntəqələrinə ölkə üzrə 147 min 683,42 ton məhsul təhvil verilib.

Dövlət Statistika Komitəsindən Fins.az-abildiriblər ki, ötən iki gündə 7769,68 ton pambıq tədarük olunub.

Qeyd edək ki, ölkə üzrə cari ildə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 min 413,2 hektar çiyid səpilib. Bu il ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçalada əkilib.

Məhsul yığımında Saatlı pambıqçıları öndədirlər. Onlar oktyabrın 30-dək 21 min 160,30 ton məhsul təhvil veriblər.

Xatırladaq ki, 2016-cı ildə, ümumilikdə, 88 min 596 ton pambıq tədarük olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291