SƏNAYE

Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinin sayı artırılacaq
24 OKTYABR
109

Azərbaycanda kənd təsərrüfatı mütəxəssislərinin sayı artırılacaq

2017-10-24 12:07:00

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqrar profilli təhsil müəssisələri, kənd təsərrüfatı məhsulları istehsalçıları və emalı müəssisələri ilə əməkdaşlığı genişləndirilib. 

Fins.az Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bu barədə universitetin rektoru İbrahim Cəfərov məlumat verib.

“Əməkdaşlıq çərçivəsində regional aqrar elm mərkəzlərində və təsərrüfatlarda aparılan sorğular vasitəsilə gələcək məzunların sayı, eləcə də bilik və bacarıqlar üzrə tələblər müəyyən edilib. Kənd təsərrüfatı məhsulları istehsalçıları ilə aparılan məsləhətləşmələr nəticəsində peşələrin və müvafiq kurikulumların tələblərə uyğunluğu təmin edilib, həmçinin istehsalat təcrübələrinin keçirilməsi üçün əməkdaşlıq əlaqələri qurulub. Hazırda aqraryönümlü peşələr üçün müasir dövrün tələblərinə uyğun yeni tədris modulları, o cümlədən ali məktəblər üçün yeni tədris materialları yazılır və nəşr edilir. Nəzərdə tutulan tədbirlərin reallaşdırılması nəticəsində aqraryönümlü ixtisaslar üzrə ali təhsil müəssisələrində təhsil alanların sayı 20, aqraryönümlü peşələr üzrə təhsil alanların sayı 20, beynəlxalq konfranslarda, seminarlarda, ixtisasartırma kurslarında iştirak edən aqrar təhsil müəssisələrinin müəllim və tədqiqatçılarının sayı 30% artacaq", - deyə o, qeyd edib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285