SƏNAYE

“AzerGold” Türkiyədə mədənçilik sahəsini araşdırır
23 OKTYABR 2017
427

“AzerGold” Türkiyədə mədənçilik sahəsini araşdırır

2017-10-23 18:30:00

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) nümayəndələri 16-22 oktyabr tarixlərində Türkiyədə səfərdə olublar.

“AzerGold”dan Fins.az-a verilən məlumata görə, cəmiyyət nümayəndələri 18-21 oktyabr tarixlərində İzmir şəhərində Türkiyə Dağ-mədən Mühəndislər Palatası tərəfindən təşkil edilən 6-cı Beynəlxalq Mədən Avadanlıqları və Texnologiyaları Konqresinə qatılıb, “Mədən, Təbii Sərvətlər və Texnologiyalar” sərgisində iştirak edərək, bu sahədə tətbiq edilən ən son yeniliklərlə tanış olublar.

Səfər çərçivəsində “Azergold” QSC-nin əməkdaşları Kışlıdağ filiz emalı sahəsi və Berqama-KOZA mədəninə də baş çəkib, ümumi iş prosesləri ilə tanış olub, təcrübə mübadiləsi aparıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    2.0024
  • ₽ RUB
    0.0256