SƏNAYE

Builki pambıq yığımının həcmi 120 min tona çatıb
23 OKTYABR
307

Builki pambıq yığımının həcmi 120 min tona çatıb

2017-10-23 14:55:00

Bu günə qədər Azərbaycandakı pambıq qəbulu məntəqələrinə 119 740,27 ton məhsul təhvil verilib.

Fins.az Dövlət Statistika Komitəsinə (DSK) istinadən xəbər verir ki, bunun 8 565,64 tonu oktyabrın 21-22-də tədarük olunub.

Bu il ölkə üzrə ötən illə müqayisədə 2,7 dəfə çox – 136 413,2 hektar ərazidə çiyid səpilib. Ən çox pambıq Saatlı, İmişli, Sabirabad, Biləsuvar və Neftçala rayonlarında əkilib.

Məhsul yığımının həcminə görə Saatlı öndədirlər. Bu rayonun pambıqçıları 18 419,40 ton məhsul təhvil veriblər.

Xatırladaq ki, 2016-cı ildə Azərbaycanda 88 596 ton pambıq tədarük olunmuşdu.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285