SƏNAYE

2018-in dövlət büdcəsində neftin bazar qiyməti 45 dollar götürüldü
20 OKTYABR
323

2018-in dövlət büdcəsində neftin bazar qiyməti 45 dollar götürüldü

2017-10-20 14:10:00

Beynəlxalq maliyyə qurumları tərəfindən növbəti il üçün xam neftin 1 barrelinin 50 dollar ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq 2018-ci ilin dövlət büdcəsi gəlirlərinin hesablanması zamanı neft gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 ABŞ dolları səviyyəsində qəbul edilib.

Bu barədə 2018-ci ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatında qeyd edilib.

Sənəddə deyilir ki, 2018-ci il üçün dövlət büdcəsinin gəlirləri 20127,0 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29,0 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3361,0 milyon manat və yaxud 20,0 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2621,2 milyon manat və yaxud 15,0 faiz çoxdur.

© Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291