SƏNAYE

25 İLLİK TƏRƏFDAŞLIQ
17 OKTYABR
131

25 İLLİK TƏRƏFDAŞLIQ

2017-10-17 14:08:00

Dünya Bankının suvarma sisteminin inkişafı layihələri ölkədə fermerlərə göstərilən suvarma xidmətlərinin təkmilləşdirilməsi məqsədilə suvarma şəbəkələrinin bərpası və su istifadəçilərinin asossiasiyalarının yaradılmasını dəstəkləmişdir. Dünya Bankının kənd təsərrüfatının inkişafı layihələri kənd yerlərinə investisiyaların yatırılmasını artırmış və 24 000 fermer və kənd sahibkarını istehsal potensialı və gəlirlərini artırmaq məqsədilə təxminən 52 000 mikro-kreditlə təmin etmişdir. Orta ölçülü aqrobiznesə maliyyə xidmətlərinin göstərilməsi də təkmilləşdirilmiş və kənd təsərrüfatı məsləhət xidmətləri üçün modellər formalaşdırılmışdır. Bank, həmçinin baytarlıq xidmətlərinin keyfiyyətinin artırılması və keyfiyyətli toxumların istehsalı məqsədilə baytarlıq və kənd təsərrüfatı üzrə tədqiqat sistemlərini dəstəkləyir. Ölkə səviyyəsində brüselyoz əleyhinə peyvəndləmə hazırda icra edilən iri buynuzlu heyvanların xəstəliklərinə nəzarət proqramı çərçivəsində uğurla başa çatdırılmışdır. Dünya Bankı, eyni zamanda aqrobizneslərdə dəyər zəncirlərinin yaradılması ilə kənd təsərrüfatı istehsalçılarının bazarlara çıxışının dəstəklənməsi və fermer məhsuldarlığının artırılması üzərində səylə çalışır. Kənd yerlərinin inkişafı layihələri kənd icmalarının infrastruktur xidmətlərinə çıxışının yaxşılaşdırılması, mobilliyinin artırılması və fermerlərin gəlirlərinin yüksəldilməsi ilə onların həyat şəraitinin yaxşılaşdırılmasında uğurlu nəticələr əldə etmişdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285