SƏNAYE

"Cənub Qaz Dəhlizi" QSC: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib
13 OKTYABR
198

"Cənub Qaz Dəhlizi" QSC: "Şahdəniz-2" üzrə 16,4 mlrd. dollar xərclənib

2017-10-13 16:59:00

Bu il avqustun əvvəlinə qədər Azərbaycan qazının Avropaya nəqli üçün həyata keçirilən "Cənub Qaz Dəhlizi" layihəsinin seqmenti olan "Şahdəniz 2" layihəsi üzrə 16,4 mlrd.dollar vəsait xərclənib.

Fins.az xəbər verir ki, bu barədə Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti"ndə çıxışı zamanı "Cənub Qaz Dəhlizi" QSC-nin baş direktoru Əfqan İsayev məlumat verib.

"Şahdəniz 2" layihəsinin ümumi dəyəri isə 23,9 mlrd. dollardır. Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi layihəsi üzrə isə 3,8 mlrd,dollar vəsait xərclənib. Layihənin ümumi dəyəri isə 4,7 mlrd.dollardır", - deyə o, qeyd edib. 

Baş direktorun sözlərinə görə, hesabat tarixinə Trans Anadolu Boru Kəməri (TANAP) üzrə xərclər 4,5 mlrd.dollar təşkil edib. 

"TANAP-ın ümumi dəyəri 8 mlrd.dollardır. Halbuki layihənin ilkin dəyəri 11 mlrd. dollar idi", - deyə Ə.İsayev əlavə edib. 

O, həmçinin bildirib ki, bu il avqustun əvvəlinə qədər Trans Adriatik Boru Kəmərinə(TAP) 2,3 mlrd. avro xərclənib. TAP-ın ümumi dəyəri isə 4,5 mlrd.avrodur. Bu kəmərlə ilk Azərbaycan qazı 2020-ci ildə Avropaya çatdırılacaq.

Xatırladaq ki, “Cənub Qaz Dəhlizi” QSC ölkə prezidentinin “Şahdəniz qaz-kondensat yatağının istismarının ikinci mərhələsi və Cənub Qaz Dəhlizinin yaradılmasına dair digər layihələrlə bağlı bəzi tədbirlər haqqında” 25 fevral 2014-cü il tarixli sərəncamı əsasında yaradılıb. Onun səhmlərinin 51%-i dövlət mülkiyyəti olmaqla İqtisadiyyat Nazirliyinə, 49%-i isə SOCAR-a məxsusdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296