SƏNAYE

Çinə ixrac missiyası təşkil olunacaq - İXRACATÇILAR SEÇİLƏCƏK
13 OKTYABR
88

Çinə ixrac missiyası təşkil olunacaq - İXRACATÇILAR SEÇİLƏCƏK

2017-10-13 11:44:00

İqtisadiyyat Nazirliyi Çinə təşkil olunacaq ixrac missiyasında iştirak üçün ixracatçıların müraciətlərinin qəbulunu elan edib.

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondundan (AZPROMO) verilən məlumata görə, missiya 12-15 noyabr tarixlərində olacaq, şərab və spirtli içkilər istehsalı sahəsini əhatə edəcək. Missiyada iştirak edəcək ixracatçılar müsabiqə əsasında seçiləcək. Müsabiqə İqtisadiyyat Nazirliyi Kollegiyasının 18 oktyabr 2016-cı il tarixli qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə qaydası" əsasında noyabrın 1-də AZPROMO-da təşkil olunacaq.

Seçim meyarları aşağıdakı kimidir:

-İxracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal;

-Nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal;

-Sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2016-cı ildə ixrac etdiyi məhsullarının həcmini göstərməklə – 5 bal;

Meyarların cəmi üzrə minimum keçid balı - 20 bal.

İxrac missiyasında iştirak etmək üçün AZPROMO-ya aşağıdakı sənədlər təqdim edilməlidir:

ərizə;

- sahibkarın istehsal potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və yaxud məlumatlar;

Sənədlər oktyabrın 17-nə qədər Bakı Biznes Mərkəzinə (Səbail rayonu, Neftçilər prospekti, 32 ünvanına) təqdim olunamlıdır. Əlaqələndirici şəxs AZPROMO-nun İxracın təşviqi Departamentinin direktoru Fuad Cəfərovdur (tel.: (012) 598 01 47/48 (daxili 141), e-poçt: [email protected] , [email protected])

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296