SƏNAYE

BP AÇG və “Şahdəniz”-ə yatırdığı investisiyaları açıqlayıb
13 OKTYABR
137

BP AÇG və “Şahdəniz”-ə yatırdığı investisiyaları açıqlayıb

2017-10-13 10:59:00

2006-cı ilin iyunundan bu ilin iyun ayının sonuna kimi Bakı-Tbilisi-Ceyhan kəməri vasitəsilə Qazaxıstan və Türkmənistandan da gələn həcmlər daxil olmaqla, ümumilikdə 2,7 milyard barrel, yəni 365 milyon tondan artıq xam neft ixrac olunub. “APA-Economics” xəbər verir ki, bunu BP-nin Azərbaycan, Türkiyə və Gürcüstan üzrə regional prezidenti Qəri Counz bildirib. “Tərəfdaşlarımızla birlikdə Azərbaycan hökumətinin adından Azəri-Çıraq-Günəşli neft və “Şahdəniz” qaz əməliyyatçıları kimi BP şirkəti 67 milyard dollardan artıq investisiya yatırıb və 3,2 milyard barreldən çox neft, 85 milyard kubmetr qaz, 30 milyard kubmetrdən çox səmt qazı və təxminən, 170 milyon barrel kondensat hasil edib. Qoyulmuş bu investisiya və səylər nəticəsində dənizdə və quruda yerləşən dünya səviyyəli qurğular, o cümlədən 7 dəniz platforması, 3 emal terminalı və 3 iri ixrac boru kəməri inşa edilib”, - deyə Q. Counz vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289