SƏNAYE

Kənd təsərrüfatı 2,8 faiz artıb
13 OKTYABR
105

Kənd təsərrüfatı 2,8 faiz artıb

2017-10-13 10:43:00
2017-ci ilin doqquz ayı ərzində kənd təsərrüfatı 2,8 faiz artmışdır. Dünya miqyasında iqtisadi cəhətdən 35 ən rəqabətqabiliyyətli ölkə sırasında, MDB məkanında davamlı olaraq lider mövqeyini qoruyub saxlayan Azərbaycanda strateji yol xəritələrinin icrası təmin edilir. İqtisadi inkişafın lokomotivi olan sahibkarlıq fəaliyyəti dəstəklənir. Bu gün investisiyanın səmərəli təşviq sisteminin fəaliyyəti şəraitində, infrastruktur layihələri uğurla həyata keçirilir. Həmin layihələr sırasında artıq real səmərə verən meliorasiya məsələləri xüsusilə önəmlidir. Təkcə onu demək kifayətdir ki, cari ildə 150 min hektar yeni sahəyə suyun verilməsi nəzərdə tutulur. 2018-ci ildə isə 100 min hektar sahəyə yeni kanallar çəkiləcəkdir. Suvarılan torpaqların ilbəil genişləndirilməsi, təbii ki, kənd təsərrüfatı məhsulları istehsalının sürətli inkişafına səbəb olacaqdır.
Cari ilin səkkiz ayında Azərbaycanın qeyri-neft ixracı ciddi surətdə artmışdır. Həmin dövrdə pomidor ixracından ölkəyə 128 milyon dollar vəsait daxil olmuşdur ki, bu da əvvəlki illə müqayisədə 59 faiz artım deməkdir.Belə ki, pambıq lifi ixracı 8,4 dəfə, süd məhsulları ixracı 4 dəfə artmışdır. Bu siyahını, əlbəttə, xeyli uzatmaq olar, çünki digər kənd təsərrüfatı məhsulları üzrə də ixracın həcmi ciddi surətdə artmışdır.
 
© Xalq qazeti
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287