SƏNAYE

"AÇG-də 550 milyon tondan çox neft var, bu, yekun rəqəm deyil"
12 OKTYABR
92

"AÇG-də 550 milyon tondan çox neft var, bu, yekun rəqəm deyil"

2017-10-12 11:24:00

"Bu il sentyabrın 14-də Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlarının işlənilməsi və pay bölgüsü ilə bağlı saziş imzalanıb. Yeni "Əsrin müqaviləsi" adlanan sazişin yeni şərtlərlə imzalanması Azərbaycanın iqtisadi qüdrətini göstərir".

Bunu SOCAR prezidenti Rövnəq Abdullayev Bakıda keçirilən "Argus Azərbaycan Beynəlxalq Neft Sammiti - 2017"-də çıxışı zamanı bildirib. 

Onun sözlərinə görə, hazırda AÇG-də 550 mln. tondan artıq neft ehtiyatının olduğu müəyyən edilib: "Əminik ki, bu, yekun rəqəm deyil. Azərbaycan bu gün neft və qaz ehtiyatlarına görə dünya ictimaiyyətinin diqqətindədir". 

R. Abdullayev deyib ki, hazırda "Şahdəniz" yatağında illik təbii qaz hasilatı 9 mlrd. kubmetrə çatır: "Yatağın işlənməsinin ikinci mərhələsində isə qaz hasilatı 16 mlrd. kubmetrə çatdırılacaq. Bu qazın 6 mlrd. kubmetri Türkiyəyə, digər 10 mlrd. kubmetri isə Avropaya nəql ediləcək. Hazırda bu yatağın işlənməyə hazır olması ilə bağlı işlər uğurla və vaxtlı-vaxtında yerinə yetirilir". 

Dövlət şirkətinin prezidenti SOCAR-ın Türkiyədə həyata keçirdiyi STAR neft emalı zavodu, "Petkim" layihələrindən də geniş danışıb.

© APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297