SƏNAYE

Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq
10 OKTYABR
124

Xırdalan və Masazırın bir hissəsi işıqsız qalacaq

2017-10-10 11:46:00

10-12 oktyabr 2017-ci il tarixlərində saat 11:00-dan 15:30-a qədər Xırdalan şəhəri 22, 24, 25, 26, 28, 30-cu məhəllələrdə, kənd Xırdalan və Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

"Azərişıq" ASC-dən verilən məlumata görə, buna "Azərenerji" ASC-yə məxsus 110 kV-luq I Binəqədi havaelektrik verilişi xəttində aparılan yenidənqurma işləri səbəb olacaq.

Yaranmış narahatçılığa görə "Azərişıq" ASC istehlakçılardan üzr istəyir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7003
  • € EUR
    2.0028
  • ₽ RUB
    0.0297