SƏNAYE

“Aqrolizinq”in nizamnamə kapitalı 70% artırılır
06 OKTYABR
161

“Aqrolizinq”in nizamnamə kapitalı 70% artırılır

2017-10-06 16:47:00

Kənd Təsərrüfatı Nazirliyi yanında “Aqrolizinq” ASC-nin nizamnamə kapitalı 232 mln. manat və yaxud 70,38% artırılaraq 329 627 540 manatdan 561 627 540 manata çatdırılacaq.

Bu barədə lizinq şirkətindən məlumat verilib.

“Azərbaycanda pambıqçılığın inkişaf etdirilməsi məqsədilə lazımi qədər kənd təsərrüfatı texnikasının alınması üçün dövlət büdcəsindən “Aqrolizinq”ə ayrılmış vəsaitlər səhmdar cəmiyyətin nizamnamə kapitalına çevriləcək. Son nəticədə qurumun dövriyyəyə buraxılmış, hər birinin nominal dəyəri 2 manat olan səhmlərinin sayı 164 813 770-dən 280 831 770-ə çatacaq”, - deyə “Aqrolizinq”dən bildirilib.

Xatırladaq ki, "Aqrolizinq" 2004-cü ildən fəaliyyət göstərir. Onun səhmləri 100% dövlətə məxsusdur.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296