SƏNAYE

“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqləyib
06 OKTYABR
98

“Qazprom” Azərbaycanda nümayəndəlik açılmasını təsdiqləyib

2017-10-06 10:50:00

 Rusiyanın “Qazprom” şirkətinin Direktorlar Şurası Azərbaycanda nümayəndəlik açılması məsələsinə razılıq verib.

Fins.az verdiyi xəbərə görə, bu barədə şirkətdən bildirilib.

“Qazprom” 2000-ci ildən 2006-cı ilə qədər Azərbaycana qaz nəql edib. Sonra qaz nəqli “Şahdəniz” qaz-kondensat yatağının işə düşməsi ilə əlaqədar dayandırılıb.

2010-cu ildən isə Azərbaycan Rusiyaya qaz nəql etməyə başlayıb. Bu qaz Dağıstanın qaz təminatı üçün istifadə olunub. 2013-2014-cü illərdə Azərbaycan qazının Rusiyaya nəqli təmir işləri ilə əlaqədar dayandırılıb. 2015-ci ildən nəql həyata keçirilmir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+18°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296