SƏNAYE

Dünya bazarında neftin qiyməti belə olacaq
26 SENTYABR
585

Dünya bazarında neftin qiyməti belə olacaq

2017-09-26 18:31:00

Qlobal neft bazarı üçün 40-60 dollar/barel qiyməti hazırkı bazarın reallığıdır. Fins.az Report-a istinadən xəbər verir ki, bunu “Financial Times”a  “SOCAR Trading” şirkətinin baş icraçı direktoru Arzu Əzimov deyib.

A.Əzimov dünya bazarında xam neftin qiymətinin qalxması ilə bağlı məsələyə də toxunub: “Bu koridor uzun müddət davam edəcək”.

“Trafigura Group”un eksperti Ben Lakok (Ben Luckock) da qarşıdakı bir neçə ildə neft qiymətlərinin 40-60 dollar/barel arasında dəyişəcəyini qeyd edib.

“Vitol” şirkətinin rəhbəri Kristofer Beyk (Christopher Bake) də FT-yə açıqlamasında real bazar şəraitində neftin hər barelinin 40-60 dollar aralığında satılacağını proqnozlaşdırır.

Xatırladaq ki, Beynəlxalq Valyuta Fondu (IMF) da dünya bazarında neftin qiymətinin qarşıdakı iki ildə 50-60 dollar/barel civarında dəyəşəcəyini proqnozlaşdırmışdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288