SƏNAYE

Yerli istehsalçılara və satıcılara müraciət
25 SENTYABR
238

Yerli istehsalçılara və satıcılara müraciət

2017-09-25 14:04:00

“Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyəti 2018-ci il üçün satınalan təşkilatların ərzaq məhsullarına olan təlabatının həcmini müəyyən edib. ASC-dən Fins.az-a verilən məlumata görə Səhmdar Cəmiyyət respublikanın müxtəlif ərazilərində fəaliyyət göstərən satınalan təşkilatları (uşaq bağçaları, xüsusi təmayüllü təhsil müəssisələri, xəstəxanalar, hərbi hissələr və s.) ilboyu 163 adda ərzaq məhsulları ilə təmin edir.

Səhmdar Cəmiyyət yerli istehsalçılara və satıcılara müraciət edərək portal üzərindən,orta bazar qiymətinə satın alınması nəzərdə tutulan ərzaq məhsullarının təklif edilməsinə dəvət edir. Satın alınması nəzərdə tutulan ərzaq məhsulları barədə elanlar portalda yerləşdirilmişdir.

Qeyd edək ki, hər bir istehsalçı və ya satıcı “tedaruk.az” portalına daxil olaraq istənilən ərzaq məhsuluna təlabatın həcmi və qiyməti haqda məlumat əldə edə bilər. Maraqlananlar 012 555 04 14   qaynar xəttə müraciət edə bilərlər.

                                                                                Müəllif: Xeybər Heydərov

 

 

 

                                                                                  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296