SƏNAYE

20 minə yaxın kənd təsərrüfatı texnikasına 162 milyon manat güzəşt tətbiq olunub
22 SENTYABR
336

20 minə yaxın kənd təsərrüfatı texnikasına 162 milyon manat güzəşt tətbiq olunub

2017-09-22 18:15:00

İndiyədək 7980 elektron müraciət üzrə “Aqrolizinq” ASC-dən lizinqə götürülmüş 19976 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına, ümumilikdə, 162 milyon 176 min 59,42 manat məbləğində güzəşt tətbiq olunub.

Fins.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, bu barədə nazir Heydər Əsədovun Salyanda “Aqrolizinq” ASC-dən kənd təsərrüfatı texnikalarını lizinqə götürən hüquqi və fiziki şəxslərlə görüşündə məlumat verilib.

Tədbirdə Salyan, Cəlilabad, Biləsuvar, Neftçala, Astara, Yardımlı, Cəbrayıl, Masallı rayonlarından və Şirvan şəhərindən olan 69 istifadəçiyə lizinq yolu ilə verilmiş, ümumilikdə, 3 milyon 202 min 930 manat məbləğində 117 ədəd müxtəlif kənd təsərrüfatı texnikasına 1 milyon 272 min 844 manat məbləğində güzəşt tətbiq edilib. Xüsusi komissiyanın qərarına əsasən tətbiq olunan güzəşt əsasında istifadəçilərlə yeni lizinq müqavilələri bağlanılıb, o cümlədən güzəşt tətbiq edildikdən sonra 26 ədəd müxtəlif kənd təsərrüfatı texnikası istifadəçilərin mülkiyyətinə verilib. Texnikalar Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rayonlar üzrə bölmələrində qeydiyyata alınıb, müvafiq sənədlər vətəndaşlara təqdim olunub. Eyni zamanda, “Aqrolizinq” ASC əməkdaşları lizinq yolu ilə əldə etdikləri kənd təsərrüfatı texnikalarının ilkin dəyərinin 20 faizini ödəmiş istifadəçilərdən güzəşt üçün elektron ərizələri qəbul ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296