SƏNAYE

AÇG-nin dərin hissələrindən qaz hasilatına 2019-cu ildə başlanacaq
20 SENTYABR
163

AÇG-nin dərin hissələrindən qaz hasilatına 2019-cu ildə başlanacaq

2017-09-20 18:47:00

“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun dərin hissələrindən (dib qaz) ilk qaz hasilatına 2019-cu ildə başlanılacaq.

Fins.az “Report”-a istinadən  xəbər verir ki, bu barədə SOCAR-dakı mənbə bildirib.

Onun sözlərinə görə, ilkin olaraq iki quyunun qazılması nəzərdə tutulur: “Bu isə ölkənin daxili tələbatının ödənilməsinə yönəldiləcək. Ümumilikdə AÇG-nin dərin qatlarından 4 quyunun qazılması imkanı təsbit edilib. Bu 4 quyunun qazılması iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə 2 quyu, sonrakı mərhələdə də digər iki quyunun qazılması nəzərdə tutulur. Artıq ilk iki quyunun qazılmasına hazırlıq görülməsi üçün sifariş məktubla bildirilib”.

Mənbə bildirib ki, quyular “Dərinsulu Günəşli” platformasından qazılacaq və həmin qaz ölkə əhalisinə çatdırılmaq üçün SOCAR-a təhvil veriləcək.

Xatırladaq ki, AÇG-nin dərin hissələrində yeni quyuların qazılması sentyabrın 14-də imzalanmış sazişdə qeyd olunub.

Mənbə qeyd edib ki, yataqlar blokunun dərinliklərindəki qazın böyük işlənməsi isə yeni müqavilədən kənardadır və bu məsələ tərəfdaşlarla yenidən müzakirə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+14°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285