SƏNAYE

Tikinti sektorunda irimiqyaslı tədbirlər davamlı şəkildə həyata keçirilir
15 SENTYABR
190

Tikinti sektorunda irimiqyaslı tədbirlər davamlı şəkildə həyata keçirilir

2017-09-15 10:04:00

Son 15 ildə Azərbaycan iqtisadiyyatına ayrılan əsaslı vəsait qoyuluşunun həcmi 100 milyard manatdan çox olub. Nəticə etibarilə ölkə iqtisadiyyatının quruluşunda əhəmiyyətli dəyişikliklər əldə edilib, geniş miqyasda sosial-mədəni obyektlər istifadəyə verilib, irimiqyaslı infrastruktur layihələri həyata keçirilib. Naxçıvan Muxtar Respublikasında, Sumqayıt, Gəncə, Mingəçevir, Neftçala, Masallı və digər şəhər və rayonlarda sənaye məhəllələri, texnoparklar yaradılıb, iri kimya, maşınqayırma, yüngül sənaye obyektlərinin istifadəyə verilməsi ilə bağlı intensiv işlər görülüb, innovasiya xarakterli texnologiyaların tətbiqinə xüsusi diqqət yetirilib. Bu gün Azərbaycanın tranzit potensialının daha da artırılması istiqamətində, o cümlədən Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin fəaliyyəti, Bakı- Tbilisi-Qars dəmir yolunun, Ələt Beynəlxalq Dəniz Ticarət Limanının, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikinti layihələri uğurla davam etdirilir ki, bütün bunlar Azərbaycanın beynəlxalq aləmdə siyasi mövqeyinin, iqtisadi qüdrətinin artması üçün mühüm önəm daşıyır. Bu ilin yanvar-iyul aylarında Bakı şəhərində Ali Neft Məktəbinin yeni kampusu, Nərimanov Rayon Məhkəməsinin yeni inzibati binası, Pirallahı rayonunda körpü, “Pirallahı” Günəş Elektrik Stansiyası istifadəyə verilib. Həmin dövrdə şəhərin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 8 milyard 49,2 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz çox vəsait yönəldilib. Ümumi sərmayənin 28,9 faizi dövlət, 71,1 faizi qeyri-dövlət sektorunun sərmayədarlarının payına düşüb, əsas kapitala yönəldilən vəsaitlərin 70,7 faizi tikinti-quraş- dırma işlərinə sərf edilib. Son 14 ildə ölkədə 11 min kilometrdən çox avtomobil yolu salınıb. Təkcə magistral və şəhərlərarası yollar deyil, kəndarası yollar da ən qabaqcıl standartlar səviyyəsində yenidən qurulub. Hazırda regionların sosialiqtisadi inkişafına yönəldilən III Dövlət Proqramına (2014-2018- ci illər) uyğun olaraq QorağanQax-Zaqatala avtomobil yolunun Qax-Zaqatala hissəsinin bərpası ilə bağlı işlər aparılır. Böyük Qafqaz sıra dağlarının cənub ətəyində yerləşən, mühüm turizm marşrutuna daxil olan Qax və Zaqatala rayonlarının 22 yaşayış məntəqəsini birləşdirən bu avtomobil yolunun müasir tələblərə uyğun yenidən qurulması bölgədə nəqliyyat xidmətlərinin daha da yaxşılaş- dırılmasına imkan verəcək. İstifadəyə verilən yolların bir çoxunun açılışında Prezident İlham Əliyevin iştirak etməsi dövlətin insanların rahatlığına və iqtisadiyyatın inkişafına xidmət edən yeni infrastrukturların yaradılmasına yönəltdiyi diqqəti bir daha təsdiqləyir. Yol infrastrukturunun təzələnməsi və müasirləşdirilməsi ölkənin bütün şəhər və rayonlarını əhatə edib. Respublikanın 36 rayonunda 40 kəndlərarası avtomobil yolu və bir körpünün, Bakıda isə 10 qəsəbələrarası avtomobil yolu layihəsi üzrə tikinti və yenidənqurma işləri davam edir. Bu yaxınlarda Bakı şəhərinin keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi, yaşıllaşdırma və abadlıq işlərinin aparılması layihəsi çərçivəsində görülən işlər başa çatdırılıb. 2016-cı ilin avqustundan icrasına başlanan layihəyə uyğun olaraq 26 hektar ərazidə yolların salınması və abadlıq işlərinin aparılması həyata keçirilib. Ümumi uzunluğu 7 kilometr olan Nəriman Nərimanov prospektində, Abdulla Şaiq, Balababa Məcidov, Mirzəağa Əliyev və Füzuli küçələrinin yenidən qurulması artıq yekunlaşıb. Nəriman Nərimanov prospektinin yenidən qurulması zamanı hərəkət zolaqlarının sayı 4-ə çatdırılıb. Keçmiş “Sovetski” ərazisində yeni yolların çəkilməsi ilə bağlı görülmüş işlər Bakının yol-nəqliyyat infrastrukturunun müasir səviyyədə qurulmasında xüsusi əhəmiyyət kəsb edir

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+20°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0160
  • ₽ RUB
    0.0296