SƏNAYE

Azərbaycan nefti bahalaşıb
15 SENTYABR
209

Azərbaycan nefti bahalaşıb

2017-09-15 09:37:00

Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,92 dollar və yaxud 1,60% artıb.

Fins.az  xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 58,55 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.

Bu arada WTI neftinin qiyməti ucuzlaşıb. Belə ki  , Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,18 dollar və ya 0,36% azalaraq 49,71 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,19 dollar və ya 0,34% azalaraq 55,28 dollar olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289