SƏNAYE

Xaricdən nə qədər qida aldığımız bəlli oldu - Rəqəmlər
14 SENTYABR
241

Xaricdən nə qədər qida aldığımız bəlli oldu - Rəqəmlər

2017-09-14 16:33:00

Cari ilin yanvar-iyul aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 176 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 169 ölkədən idxal olunub.

Fins.az Eurasia Diary-ə istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, gömrük orqanlarında qeydiyyatı aparılıb, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla, 2017-ci ilin yanvar-iyul aylarında xarici ticarət dövriyyəsi 12 mlrd. 872,2 mln. dollar, o cümlədən ixracın dəyəri 8 mlrd. 502,5 mln. dollar, idxalın dəyəri 4 mlrd. 369,7 mln. dollar təşkil edib, nəticədə 4 mlrd. 132,8 mln. dollarlıq müsbət ticarət saldosu yaranıb. 2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 6,2% artıb, real ifadədə isə 14%, o cümlədən ixrac 8,4%, idxal 22,7% azalıb.

Avropa İttifaqının xarici ticarətdə payı 40 faizə çatıb 

Ticarət dövriyyəsinin 37,3%-i Avropa İttifaqı ölkələri, 13,2%-i MDB üzvü dövlətləri, 49,5%-i isə dünyanın digər ölkələrinin payına düşüb.

İxracın dəyərinin 22,6%-i İtaliyaya, 12,5%-i Türkiyəyə, 5,5%-i Çinə, 5,3%-i Rusiyaya, 4,6%-i Gürcüstana, hər biri 4,3%-i olmaqla Tayvan (Çinin əyaləti) və Portuqaliyaya, 4%-i İsrailə, hər biri 3,7%-i olmaqla, Almaniya və Çexiyaya, 3,6%-i Hindistana, 3,3%-i Kanadaya, qalan 22,6%-i isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşıb.

İdxal olunmuş məhsulların dəyərinin 18%-i Rusiyanın, 15,7%-i Türkiyənin, 10%-i Çinin, 8,7%-i ABŞ-ın, 4,6%-i Almaniyanın, 4,5%-i Ukraynanın, 3,8%-i İtaliyanın, 3,2%-i İranın, 3%-i Birləşmiş Krallığın, 1,7%-i Fransanın, hər biri 1,6%-i olmaqla, Belarus və Qazaxıstanın, 23,6%-i isə digər ölkələrin payına düşüb.

Bu ilin yanvar-iyul aylarında 855 mln. dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2016-cı ilin yanvar-iyul aylarına nisbətən faktiki qiymətlərlə 29,7%, real ifadədə isə 27% çoxdur.

Tərəvəz ixracı 80 faiz yüksəlib  

Bu ilin yanvar-iyul aylarında 2016-cı ilin eyni dövrü ilə müqayisədə mühüm məhsul növlərindən təzə tərəvəz ixracı 78,5%, təzə meyvə - 38,5%, kartof - 50,7%, tütün - 66%, bitki yağları - 1,6%, meyvə və tərəvəz şirələri - 94,4%, çay - 52,6%, təbii üzüm şərabları və üzüm suslosu - 62,1%, pambıq lifi - 6,3 dəfə, qara metallardan borular - 2%, bentonit gili - 3,5 dəfə artıb, şəkər ixracı isə 24,4%, meyvə və tərəvəz konservləri - 11,1%, marqarin, qida üçün yararlı digər qarışıqlar - 4,4%, polietilen - 2,9%, emal olunmamış alüminium - 31,5%, qara metallardan yarımfabrikatlar - 35,4%, pambıq ipliyi - 35% azalıb.

Mal əti idxalı 2,3 dəfə, minik avtomobili isə  53,2% artıb 

2016-cı ilin yanvar-iyul ayları ilə müqayisədə 2017-ci ilin yanvar-iyul aylarında xam şəkər və şəkər idxalı 15,7%, təzə meyvə - 9,6%, kərə yağı, digər süd yağları və pastaları - 1,8%, çay - 3,6%, quş əti və onun əlavə məhsulları - 66,7%, mal əti - 2,3 dəfə, minik avtomobilləri - 53,2%, polad prokatı - 7,3%, hesablama maşınları, blok və qurğuları - 71,6%, qara metallardan çubuqlar - 23,8%, rezin şinlər - 40,6%, mineral gübrələr - 3,2 dəfə, məişət kondisionerləri - 25,9%, qara metallardan künclüklər ­ 35,6%, paltaryuyan maşınlar - 93,2%, yük avtomobilləri - 73%, avtobuslar - 2,5 dəfə artıb, buğda idxalı isə 35%, bitki yağları - 24,4%, kartof - 5,3%, təzə tərəvəz - 46,2%, qara metallardan borular - 66,2%, mebel - 6,7%, polietilen - 27%, sement və sement klinkerləri - 93%, məişət soyuducuları - 28,1% azalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+21°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294