SƏNAYE

Ağır sənaye və maşınqayırma üzrə Strateji Yol Xəritəsi necə icra edilb? – MONİTORİNQ
13 SENTYABR
146

Ağır sənaye və maşınqayırma üzrə Strateji Yol Xəritəsi necə icra edilb? – MONİTORİNQ

2017-09-13 15:01:00

Azərbaycan Respublikasında uyğun qiymətə mənzil təminatının inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti açıqlanıb. 2017-ci ilin ilk 6 ayı ərzində “Azərbaycan Respublikasında ağır sənaye və maşınqayırmanın inkişafı üzrə Strateji Yol Xəritəsi”ndə 2017-ci və sonrakı illər üçün müəyyən edilmiş tədbirlərin 3 faizi icra edilmiş, 67 faizinin isə icrasına başlanılmışdır. Fins.az bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Stateji Yol Xəritələrinin ilk 6 ay ərzində icrasının monitorinqi ilə bağlı hesabata əsasən xəbər verir.

Məlumata görə, sənaye müəssisələrinin kadr təminatının yaxşılaşdırılması məqsədilə ilk peşə-ixtisas və ali təhsilin bakalavriat səviyyəsi üzrə ixtisasların təsnifatına yenidən baxılaraq dəyişikliklər edilməsi ilə bağlı təkliflər hazırlanmış, bəzi işəgötürənlər və elmi tədqiqat institutları tərəfindən müxtəlif universitetlərin təhsil və elmi-texniki inkişaf baxımından dəstəklənməsi istiqamətində iş aparılmış, enerjidən istifadədə optimal səmərəliliyə nail olmaq məqsədilə yanacaq-enerji balansının tərtib edilməsi qaydalarının hazırlanmasına başlanılmışdır.

Bununla yanaşı, aktivlərin və mövcud potensialın mərkəzi reyestrinin yaradılması istiqamətində sənayedə istifadə olunmayan aktivlər və təbii resurslar üzrə mərkəzi reyestrdə əks olunacaq əsas məlumatların strukturu formalaşdırılmış, yerli kontentin inkişafı ilə əlaqədar Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi, SOCAR, “BP” şirkəti, yerli maşınqayırma müəssisələri, eləcə də Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında görüşlər keçirilmiş, dünya təcrübəsi araşdırılmışdır. “Daşkəsən Filizsaflaşdırma” ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməsi istiqamətində müxtəlif şirkətlərlə danışıqlar aparılmış, “Azəralüminium” ASC-nin sağlamlaşdırılması və fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə təkliflər hazırlanmışdır. İnvestisiya məlumat bankının hazırlanması üçün sahə üzrə əsas tələblər müəyyən olunmuş, eləcə də, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2018-2025-ci illər üzrə Dövlət Proqramı”nın layihəsi hazırlanmışdır.

Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 2016-cı il 13 iyul tarixli 2199 nömrəli və “Azərbaycan Respublikasında biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 13 iyul tarixli 2199 nömrəli Sərəncamının həyata keçirilməsinə dair Tədbirlər Planı”nın təsdiq edilməsi barədə” 2017-ci il 2 iyun tarixli 2947 nömrəli Sərəncamlarına uyğun olaraq, “Doing Business” və bir sıra digər beynəlxalq hesabatlarda Azərbaycan Respublikasının mövqeyinin daha da yaxşılaşdırılması istiqamətində bir sıra normativ hüquqi aktlarda dəyişikliklərlə bağlı layihələr hazırlanaraq təsdiq edilmişdir.

Monitorinqin nəticəsinə əsasən məlum olub ki, özəl investisiya əsasında model müəssisənin (zavodun) yaradılmasının dəstəklənməsi və idxalı yerli istehsalla əvəzlənə bilən məhsulların siyahısının müəyyən edilməsi, eləcə də regional tələbat baxımından dəyər zəncirlərində iştirakın təmin olunması üzrə tədbirlərin icrası ilə bağlı iş aparılmayıb. O cümlədən Biznes və investisiya mühitinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilikdə zəruri dəyişikliklər edilməsinə baxmayaraq, bir sıra tapşırıqların icrası istiqamətində işlər sürətli şəkildə getmir.

İİTKM tövsiyə edir ki, Strateji Yol Xəritəsində icra müddətinin 2017-ci il müəyyən edildiyi tədbirlərin icrası istiqamətində işlər sürətləndirilsin və yaradılmış işçi qrupların fəaliyyətinin səmərəliliyi artırılsın. Bundan əlavə, ölkədə biznes və investisiya mühitinin yaxşılaşdırılması məqsədilə qanunvericilikdə nəzərdə tutulmuş islahatların aidiyyəti qurumlar tərəfindən effektiv tətbiqinin təmin edilməsi ilə bağlı işlər sürətləndirilsin.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9941
  • ₽ RUB
    0.0287