SƏNAYE

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin Cocuq Mərcanlı ilə bağlı reallaşdıracağı layihələr müzakirə olunub
12 SENTYABR
73

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin Cocuq Mərcanlı ilə bağlı reallaşdıracağı layihələr müzakirə olunub

2017-09-12 12:17:00

Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri, Beynəlxalq Humanitar Yardım üzrə Respublika Komissiyasının sədri Əli Həsənov sentyabrın 11-də Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç və Gəncliyə Yardım Fondunun prezidenti Ahmet Tecim ilə görüşüb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət KomitəsindənFins.az-a bildiriblər ki, görüşdə Azərbaycan ilə Türkiyənin dünya miqyasında bir-birinə ən yaxın ölkələr olduğunu, əməkdaşlığımızın bütün sahələrdə inkişaf etdiyini, Azərbaycan-Türkiyə əməkdaşlığının həm regionda, həm də regiondan kənarda böyük önəm daşıdığını qeyd edən Baş nazirin müavini bu əlaqələrin daha da inkişaf etdirilməsinin və birliyin daha da möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. Əli Həsənov bildirib ki, iki dost və qardaş ölkənin rəhbərləri və xalqları arasındakı münasibətlərin yüksək səviyyədə olmasının tarixi kökləri var. Xalqımızın ümummilli lideri Heydər Əliyev Türkiyə-Azərbaycan əlaqələrinə xüsusi önəm verirdi və bu əlaqələrin günbəgün möhkəmlənməsi üçün tədbirlər görürdü.

Azərbaycan Prezidenti İlham Əliyevin qardaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində müstəsna rolu var və bu ənənələri bu gün yüksək səviyyədə davam etdirir. Baş nazirin müavini qeyd edib ki, torpaqlarımız işğal edilən zaman ölkəmizdə olan qaçqın və məcburi köçkünlər üçün edilmiş humanitar yardımları da heç zaman yaddan çıxarmaq olmaz və burada qardaş Türkiyənin dəstəyi çox böyük olub. Bu gün isə artıq sakinlər geriyə qayıtdıqdan sonra Türkiyədən olan iş adamlarının Cocuq Mərcanlıda müxtəlif layihələr həyata keçirmək məqsədilə yenidən xalqımızın yanında olduğunu deyən komitə sədri onların bu təşəbbüslərini yüksək dəyərləndirib və nümayəndə heyətinə minnətdarlığını bildirib.

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin sədri Ali İhsan Genç Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində kənd təsərrüfatı ilə bağlı planlaşdırdıqları layihələr haqqında məlumat verib və bildirib ki, nümayəndə heyəti Cocuq Mərcanlı kəndinə səfər edib, kənd sakinləri ilə görüşərək həyata keçirmək istədikləri layihələrlə bağlı fikir mübadiləsi aparıb, onların rəy və təkliflərini dinləyiblər. Ali İhsan Genç qeyd edib ki, onların məqsədi uzun illərdən bəri istifadəsiz qalmış əkinəyararlı torpaqların yenidən əkin dövriyyəsinə qatılmasına və kənd təsərrüfatının önəmli sahələrindən biri olan heyvandarlığın inkişaf etdirilməsinə dəstək verməkdir. Həmçinin məqsəd bunun üçün birlikdə işləyərək orada yaşayan sakinlərin iş vərdişlərinin və dolanışıq imkanlarının bərpasına nail olmaqdır.

Eyni zamanda, burada istehsal olunacaq hər hansı bir məhsul Cocuq Mərcanlı adı ilə dünyaya ixrac olunacaq və bununla da həyata keçiriləcək layihənin iqtisadi və sosial tərəfi ilə yanaşı, siyasi əhəmiyyəti də rol oynayacaq. Diqqətə çatdırılıb ki, bununla əlaqədar olaraq mütəxəssislərdən ibarət birgə işçi qrupu yaradılıb və həyata keçiriləcək layihələrlə bağlı hərtərəfli iş aparılır. Hazırda kənd təsərrüfatında istifadə olunacaq torpaq sahələrindən nümunələr götürülərək laboratoriyalara göndərilib. Baş nazirin müavini Əli Həsənov Qurban bayramında Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin və Gəncliyə Yardım Fondunun birgə iştirakı ilə Cocuq Mərcanlı kəndində yaşayan sakinlərə qurban əti paylanması- na görə təşəkkürünü bildirib. O qeyd edib ki, Cocuq Mərcanlıda yaşayan sakinlər bütün dünyaya öz doğma torpaqlarına necə bağlı olduqlarını göstərdilər. Bu gün Cocuq Mərcanlıda olan hər bir tədbir tarixi hadisədir və tarixə düşür.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294