SƏNAYE

Nazirlik süd məhsulları ilə bağlı xarici şirkətlə müqavilə bağladı
08 SENTYABR
125

Nazirlik süd məhsulları ilə bağlı xarici şirkətlə müqavilə bağladı

2017-09-08 11:48:00

Kənd Təsərrüfatı Nazirliyinin Dünya Bankı ilə birgə həyata keçirdiyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə süd məhsulları dəyər zənciri araşdırılacaq və dəstəklənəcək. Dəyər zəncirinin araşdırılması və qiymətləndirilməsi məqsədilə layihəyə beynəlxalq məsləhətçi şirkət cəlb edib. Tender nəticəsində seçilmiş qlobal “Stewart Routlege MENA” şirkəti ilə müqavilə imzalanıb.

Şirkətinin rəhbəri Stüart Rutleci Kənd Təsərrüfatı naziri Heydər Əsədov qəbul edib. 

Nazir süd məhsulları bazarının ölkə iqtisadiyyatı üçün böyük əhəmiyyət daşıdığını bildirib. Qeyd edib ki, son bir neçə ildə kənd təsərrüfatının digər sahələri kimi, heyvandarlıq sahəsinə də diqqət artıb. Azərbaycan Respublikası Prezidentinin iştirakı ilə bir neçə gün əvvəl Göygöl rayonunda Respublika Süni Mayalanma Mərkəzinin açılmasının ölkədə mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində dönüş olacağını vurğulayan nazir süni mayalandırma ilə doğulan buzovlara görə dövlət tərəfindən subsidiya verildiyini bildirib. Bundan başqa, xaricdən gətirilən cins mal-qaranın “Aqrolizinq” ASC xətti ilə lizinq yolu ilə güzəştlə satılmasının da ölkədə daha məhsuldar cins heyvanların yetişdirilməsinə səbəb olduğunu əlavə edib.

Ölkədə iri heyvandarlıq komplekslərinin yaradılması süd məhsulları dəyər zəncirinin əsasıdır. Buna görə də biz ölkənin bir sıra regionlarında iri heyvandarlıq müəssisələrinin yaradlması üçün layihələrin hazırlanması, iri istehsalçılarla yanaşı kiçik ölçülü ailə-kəndli təsərrüfatlarının inkişaf etdirilməsi, yem  ilə təminat və istehsal edilən məhsulun emalı üçün ailə təsərrüfatları ilə inteqrasiyalı fəaliyyətin təmin edilməsi istiqamətində iş aparırıq” – Kənd Təsərrüfatı naziri Heydər Əsədov qonağın diqqətinə çatdırıb.

Nazir bildirib ki, Kənd Təsərrüfatı Nazirliyi “Kənd təsərrüfatının rəqabət qabiliyyətinin gücləndirilməsi” Layihəsi çərçivəsində ölkədə brusellyoz xəstəliyi təhlükəsinin tamamilə aradan qaldırılması kimi əhəmiyyətli fəaliyyətə başlayıb ki, bu da süd məhsulları istehsalına birbaşa təsir edəcək müsbət addımdır.

Süd məhsulları dəyər zəncirinin inkişafı” komponenti iki mərhələdə həyata keçiriləcək. İlk mərhələdə ölkənin süd məhsulları bazarı – istehsalçılar, istehlak həcmi araşdırılıb, dəyərləndiriləcək və ünvanlı dəstək göstərilməsi ilə bağlı tövsiyələr hazırlanacaq. Növbəti mərhələdə isə süd məhsulu istehsalı üçün iri və orta ferma və müəssisələrin yaradılması (dizayn və qiymətləri) barədə layihələr təklif ediləcək.   

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294