SƏNAYE

Bakı sənayesinin həcmi 18,4 mlrd. manata çatıb
06 SENTYABR
296

Bakı sənayesinin həcmi 18,4 mlrd. manata çatıb

2017-09-06 12:05:00

2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,6% azalaraq 18,4 mlrd. manat təşkil edib.


Bakı Şəhər Statistika İdarəsindən verilən məlumata görə, sənaye məhsulunun 81,9%-i mədənçıxarma, 15,6%-i emal, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,2% olub. Ümumi istehsalın 85,8%-i sənaye məhsulunun istehsalı, 14,2%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında  avqustun 1-i vəziyyətinə 382,7 mln. manatlıq hazır məhsul olub

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 15,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub.

©APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285