SƏNAYE

"Qazprom" şirkəti "Türk axını" kəmərinin 220 km-ni inşa edib
31 AVQUST
317

"Qazprom" şirkəti "Türk axını" kəmərinin 220 km-ni inşa edib

2017-08-31 18:26:00

Rusiyanın “Qazprom” şirkəti “Türk axını” qaz kəmərinin dəniz hissəsinin 220 km-ni inşa edib. Fins.az Reporta-a istinadən xəbər verir ki, bu barədə "Qazprom" şirkətinin rəhbəri Aleksey Miller bildirib. O qeyd edib ki, Rusiyanın quru hissəsində iki mikrotunelin qazılması və boruların daşınması başa çatıb.

Qeyd edək ki, “Qazprom” bu il mayın 7-də “Türk axını” kəmərinin Qara dəniz sahilində dəniz hissəsinin inşasına başlayıb.

Ötən il oktyabrın 10-da Rusiya və Türkiyə “Türk axını” layihəsi üzrə hökumətlərarası saziş imzalayıb. Sənəddə Qara dənizin dibi ilə iki xəttin tikintisi məsələsi əksini tapıb. Xətlərin hər biri ilə ildə 15,75 mlrd. kubmetr qaz nəqli planlaşdırılır. Boru kəmərinin dəniz hissəsinin uzunluğu 910 km, Türkiyə ərazisində quru hissəsinin uzunluğu isə 180 km hesablanır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294