SƏNAYE

Azərbaycan özünü neftdən sonrakı dövrə hazırlayır- ASİYA İNKİŞAF BANKI
29 AVQUST
372

Azərbaycan özünü neftdən sonrakı dövrə hazırlayır- ASİYA İNKİŞAF BANKI

2017-08-29 14:36:00

Azərbaycan 2020-ci ilədək müddəti əhatə edən Strateji Yol Xəritəsini və 2025-ci ilədək və sonrakı dövr üçün uzunmüddətli inkişaf planını hazırlamaqla özünü neftdən sonrakı dövrə hazırlayıb. 

Fins.az “Report”a istinadən xəbər verir ki, bunu Asiya İnkişaf Bankının (ADB) Azərbaycan üzrə direktoru Nəriman Mannapbekov deyib.

N.Mannapbekovun sözlərinə görə, təmsil etdiyi Bank Azərbaycanın müxtəlif iqtisadi sektorlarının beynəlxalq cəhətdən daha rəqabətə davamlı olması ilə bağlı strateji baxışını dəstəkləyir. 

ADB Azərbaycanda 300 km-ə qədər elektrik xətlərinin çəkilməsini maliyyələşdirdiklərini də açıqlayıb: “2007-ci ilə qədər Azərbaycanın elektrik şəbəkəsinin yarıdan çoxunun istismar dövrü bitmişdi. Ölkənin ana elektrik enerjisi verilmə xətlərindən biri 1949-cu ildən etibarən istismar olunub. Digəri isə 1954-cü ildə inşa olunub. ADB və Azərbaycan 2008-ci ildə “Elektrik enerjisinin verilməsinin genişləndirilməsi Layihəsi” çərçivəsində məsələni yoluna qoymaq məqsədilə tərəfdaşlıq edib. Layihə 280 km uzunluğunda müasir elektrik enerjisinin verilmə xətlərinin inşa olunmasına yardım edib, minlərlə insanın etibarlı elektrik enerjisi təchizatından yararlanmasına imkan verib”.

ADB son 15 ildə Azərbaycanda ÜDM-in 8 dəfəyə qədər artması ilə bağlı məlumat yayıb: “Çağırışların, eləcə də gəlir bərabərsizliyinin mövcud olmasına baxmayaraq, adambaşına ÜDM 2001-ci ildə 704 dollardan 2015-ci ildə 5 496 dollara qədər artmaqla Azərbaycan tez bir zamanda yuxarı ortagəlirli ölkəyə çevrilib. Ölkə təbii ehtiyatlarının zənginliyindən iqtisadi faydalar əldə etməkdən irəli baxaraq, iqtisadiyyatını şaxələndirməlidir. ADB siyasi və struktur islahatları, strategiyanın icrası və innovativ layihə tərtibatı üçün biliklərin mənbəyinə çevrilməkdə bu çağırışlara cavab verib. ADB həmçinin sosial və ekoloji normalar, satınalma və layihənin həyata keçirilməsi sahəsində qabaqcıl təcrübənin tətbiqini dəstəkləyir".

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285