SƏNAYE

Qobustan Bölgə Təcrübə Stansiyasında geniş həcmdə seleksiya işləri aparılır
25 AVQUST
138

Qobustan Bölgə Təcrübə Stansiyasında geniş həcmdə seleksiya işləri aparılır

2017-08-25 10:26:00

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun bazasında fəaliyyət göstərən Qobustan Bölgə Təcrübə (BTS) Stansiyasında xəstəliyə və quraqlığa davamlı, məhsuldar yeni arpa və buğda sortlarının əldə olunması istiqamətində geniş işlər görülür.

BTS-nin direktoru, biologiya üzrə fəlsəfə doktoru Atabəy Cahangirov deyib: “Dövlətimizin başçısının Azərbaycanda ərzaq təhlükəsizliyi, taxıla olan tələbatın tam ödənilməsi ilə bağlı verdiyi tapşırıqlar və qarşıya qoyduğu konkret vəzifələr günümüzün prioritet məsələsidir. Bu sahədə respublikamızda ixtisaslaşan təsərrüfatları yüksək kondisiyalı toxumlarla təmin etmək və ölkədə toxumçuluq işini yaxşılaşdırmaq məqsədilə müxtəlif bölgələrdə yaradılan 5 bölgə təcrübə stansiyasından biri kimi bizim də üzərimizə mühüm vəzifələr düşür”.

A.Cahangirov vurğulayıb ki, Qobustan BTS Dağlıq Şirvanın nəmliyi az olan dəmyə şəraitində yerləşir. Son illər burada çox geniş həcmdə seleksiya işləri aparılır ki, alınan nəticələr uğurludur. Belə ki, məşğul olduğumuz yüksək məhsuldar və keyfiyyətli, quraqlığa, şaxtaya və xəstəliklərə davamlı “Qızıl buğda”, “Qobustan” buğda sortları, “Qüdrətli-48”, “Dəyanətli” arpa sortları yaxşı nəticələr verir.

Qeyd edək ki, BTS-da taxıl biçini yenicə başa çatıb. Cari ilin məhsulu üçün yetişdirilən 225 hektar sahədən 629 ton 440 kiloqram taxıl götürülüb. Əkinlərin 225 hektarı toxumluq sahələr olub. Burada hər hektardan orta məhsuldarlıq 28,5 sentner olmaqla 584 min 370 kiloqram məhsul əldə edilib. Yeni sortların məhsuldarlığı isə daha yüksəkdir. Belə ki, təkcə “Qobustan” 34,8 sentner məhsul verib.

Əlbəttə, dənli bitkilərin istehsalında yüksək nəticələrin əldə olunması aqrotexnik tədbirlərin düzgün tətbiqindən və sortların düzgün seçilməsindən çox asılıdır.

©Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+25°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294