SƏNAYE

Qeyri-neft sənayesində 4,4% artim olub
24 AVQUST
164

Qeyri-neft sənayesində 4,4% artim olub

2017-08-24 12:26:00
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin məlumatına görə, 2017-ci ilin yanvar-iyun aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi (ümumi buraxılış) 18 602,4 milyon manat təşkil etmişdir. Neft sənayesi 14 226,9 milyon manat təşkil etmişdir ki, bu da öz növbəsində ötən ilin müvafiq dövrünə nisbətən 7,2% azalmışdır.
Qeyri-neft sənayesi isə 4 375,5 milyon manat təşkil etmiş və ötən ilin müvafiq dövrünə nisbətən 4,4% artmışdır. Bu artım əsasən toxuculuq sənayesi (2,1 dəfə), elektrik avadanlıqların istehsalı (84,2%), kompüter, elektron və optik məhsulların istehsalı (75,7%), rezin və plastik kütlə məmulatlarının istehsalı (48,5%), tikinti materiallarının istehsalı (38,5%), içki istehsalı (30,6%), mebellərin istehsalı (28,7%), maşın və avadanlıqların istehsalı (25,1%) sahələrində müşahidə olunmuşdur.
 
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0070
  • ₽ RUB
    0.0285