SƏNAYE

“Neft Daşları”nda yeni quyu istismara verilib
23 AVQUST
199

“Neft Daşları”nda yeni quyu istismara verilib

2017-08-23 12:09:00

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədi ilə quyu fondunun genişləndirilməsi istiqamətində işlər görür.

Fins.az “Report”-a istinadən xəbər verir ki, bu günlərdə “Neft Daşları” yatağındakı 1937A saylı estakadayanı meydançadan 2648 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki Altı Lay Dəstəsindən fontan üsulu ilə məhsul verib, 1610-1602 metr intervaldan gündəlik 16 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. 

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.                              

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+22°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0368
  • ₽ RUB
    0.0293